Hüquq bərpaedici mülki-hüquqi faktlar odur ki, mülki qanunvericilik subyektin əvvəllər itirdiyi hüquq və
vəzifələrin bərpa edilməsini məhz bu faktların olması ilə bağlayır və əlaqələndirir. Bu kimi faktlar yeni mülki
hüquq münasibəti yaratmır, yalnız əvvəllər müvcud olmuş və sonradan xitam edilmiş mülki hüquq münasibətini
ə
vvəlki çərçivədə və hüdudlarda bərpa edir. Məsələn, məhkəmə qaydasında ölmüş elan edilmiş şəxs gəldikdə,
onun iştirak etdiyi ailə-nikah, mülkiyyət və s. hüquq münasibətləri bərpa edilə bilər (MM-in 42-ci maddəsi).
Dostları ilə paylaş: |