lik olur. Iradəvi mənşəyə malik olma hadisələrin əmələ gəlməsinin insanın iradəvi fəaliyyəti ilə bağlılıüını və
şə
rtlənməsini ifadə edir. Elə hadisələr vardır ki, həmin hadisələrin yaranması və baş verməsi insanın iradəvi fə-
aliyyəti ilə, onun iradəsi ilə bilavasitə bağlı olur. Məhz bu baxımdan, yəni hadisələrin baş verməsinin insanların
iradəvi fəaliyyəti ilə bilavasitə əlaqədar olması kimi əlamətdən asılı olaraq hüquqi hadisələr özü iki yerə bölü-
nür:
●
mütləq hadisələr;
●
nisbi hadisələr.
Mütləq hadisələr odur ki, bu cür hadisələrin baş verməsi, yaranması və inkişafı insanın iradəvi fəaliyyətin-
dən bilavasitə asılı olmur. Buraya aiddir: təbii fəlakət (zəlzələ, qar uçqunları, daşqın, tufan, qasırüa, şiddətli kü-
lək, ildırım və s.); fəslin dəyişməsi faktı; zamanın (vaxtın) keçməsi faktı; insanın təbii-bioloæi ölümü. Mütləq
hadisələr təbii-obyektiv təbiət hadisələri ilə bağlı olur. Bunların meydana gəlməsində insanın iradəvi fəaliy-
yəti, iradəsi, istisnasız olaraq, hər hansı rol oynamır. Zəlzələ baş verir və vətəndaşın yaşayış evini yerlə yeksan
edərək daüıdır. Bununla onun həmin evə olan mülkiyyət hüququna xitam verilir. Ildırım kənd sakininin bir baş
inəyini məhv edir. Bunun nəticəsində onun mülkiyyət hüququ xitam edilir. Yaz fəsli gəlir, çayların donu açılır
və nəqliyyat təşkilatı həmin zaylarda gəmi ilə yük daşıyır. Bununla daşıma hüquq münasibəti yaranır.
Dostları ilə paylaş: |