Müddət kateqoriyası nisbi hadisələrə şamil olunur. Ona görə ki, müddət obyektiv kateqoriyadır. Belə ki,
müddətin keçməsi vaxtın (zamanın) ötməsi kimi obyektiv qanunlara tabedir. Vaxtın (zamanın) ötməsini hər
hansı bir insan öz iradəvi fəaliyyəti və hərəkəti ilə dayandıra bilməz. Bununla belə, müddət haqqında danışanda
burada, ümumiyyətlə, insanın iradəvi fəaliyyəti və hərəkəti kimi məsələni inkar etmək və nəzərə almamaq
mümkün deyil. Müddət əmələ gəlmə mənşəyinə görə iradəvi xarakter daşıyır. Belə ki, müddət və onun sər-
hədləri mülki qanunvericiliklə, tərəflərin sazişi ilə və ya məhkəmə tərəfindən müəyyən edilir. Dediklərimiz onu
sübut edir ki, müddət nisbi hadisə olub, hüquqi faktların hər hansı bir xüsusi növü hesab edilmir.
Mülki qanunvericilik mülki hüquq münasibətlərinin əmələ gəlməsini, dəyişməsini və ya xitam olunmasını
müddətlə bağlaya və əlaqələndirə bilər (MM-in 367-ci maddəsi). Məsələn, beş il ərzində mülkiyyətçi olmayan
şə
xs daşınar əmlaka öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə, o, bu əmlaka mülkiyyət hüququ
ə
ldə edir (MM-in 181-ci maddəsinin 4-cü bəndi). Bu halda beş il müddətin keçməsi mülkiyyət hüquq münasi-
bətinin əmələ gəlməsi üçün hadisə rolunu oynayır. Müəllifin ölümündən sonra əlli il müddətin keçməsi ilə mü-
ə
lliflik hüquq münasibətinə xitam verilir. Doxsan doqquz il müddət başa çatdıqda superfitsi (tikiliyə vərəsəlik)
hüquq münasibəti xitam olunur (MM-in 250-ci maddəsinin 3-cü bəndi).
Dostları ilə paylaş: |