Mülki qanunvericilik aktlarının tələblərinə uyüun gəlib-gəlməməsi kimi əlamətə görə mülki hüquq elmi
hüquqi hərəkətlərin iki cür növünü fərqləndirir:
●
hüquqauyüun hərəkətlər;
●
hüquqauyüun olmayan hərəkətlər.
Mülki qanunvericilik aktlarının tələblərinə uyüun olaraq edilən hərəkətlərə hüquqauyüun hərəkətlər deyi-
lir. Bu cür hərəkətlər Konstitusiyanın, qanunların, prezident fərmanlarının, hökumət qərarlarının, bir sözlə, mülki
qanunvericilik sisteminə daxil olan bütün normativ hüquqi aktların müəyyən etdiyi qayda və göstərişlərə zidd ol-
mur. Onlar hüquqi hərəkətlərin mütləq çoxluüunu təşkil edir. Hüquqauyüun hərəkətlərə bütün mülki-hüquqi mü-
qavilələri (məsələn, alqı-satqı, daşıma, faktorinq, françayzinq, komissiya, tapşırıq, konsessiya və digər müqavilə-
ləri), əqdləri (məsələn, vəsiyyəti, etibarnamə verməyi və s.) və s. misal çəkə bilərik. Belə təsəvvür yaranır ki, hü-
quqauyüun hərəkətlər mülki qanunvericilik aktlarının yol verdiyi, qadaüan etmədiyi və yasaqlamadığı hərəkətlər-
dir.
Bəzi hallarda şəxslərin etdiyi hərəkətləri mülki qanunvericilik birbaşa nəzərdə tutmur. Onda, şübhəsiz ki, bu
hərəkətlərin hüquqauyüun hərəkətlər kateqoriyasına aid edilib-edilməməsini müəyyənləşdirmək xeyli mürək-
kəbləşir və qəliz xarakter alır. Belə halda yaranmış vəziyyətdən çıxmaq üçün lazımdır ki, həmin hərəkətlərin
Dostları ilə paylaş: |