Fəlsəfi planda və mənada hərəkət materiyanın mühüm atributu, müvcudluq üsulu olub, təbiətdə və
cəmiyyətdə baş verən bütün prosesləri əhatə edir. Fəlsəfə öyrədir ki, aləmdə hərəkətsiz materiya ola bilmədiyi
kimi, materiyasız da hərəkət yoxdur. Hüquqi mənada və planda hərəkət dedikdə isə insanların (subyektlərin,
fiziki şəxslərin) və hüquqi şəxslərin hüquqi nəticə əldə olunmasına, yəni hüquq münasibətlərinin əmələ gəlmə-
sinə, dəyişməsinə və ya xitam edilməsinə yönələn iradəvi fəaliyyəti başa düşülür. Məsələn, alqı-satqı müqavilə-
si bağlamaq hüquqi hərəkətdir. Ona görə ki, bu cür hərəkət nəticəsində satıcı üçün mülkiyyət hüquq münasibə-
tinə xitam verilir, alıcı üçün isə mülkiyyət hüquq münasibəti əmələ gəlir. Hərəkət ona görə «hüquqi» adlanır ki,
mülki hüquq bu hərəkəti hüquqi nəticənin yaranması, yəni mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyiş-
məsi və ya xitam edilməsinin əsası kimi nəzərdə tutur. Onları, sadəcə olaraq, mexaniki-fiziki hərəkətlər hesab
etmək olmaz.
Hüquqi nəticə yaratmaq üçün lazımdır ki, subyektin buna arzu və niyyəti olsun. Bu cür arzu və niyyət sub-
yektin hüquqi hərəkətlərində ifadə olunur. Deməli, hərəkətlər subyektin daxili iradəsini xaricən ifadə edən
formadır. Subyektin daxili iradəsi xaricən onun hərəkətlərində ifadə olunmazsa, mülki qanunvericilik bu cür
hərəkətləri nəzərə almır və həmin hərəkətlər hüquqi fakt kimi çıxış etmir.
Mülki-hüquqi faktların əsas hissəsini hüquqi hərəkətlər təşkil edir. Onlar hüquqi faktların ən geniş yayılmış
növü hesab olunur. Onların xüsusi çəkisi hüquqi hadisələrə nisbətən müqayisəedilməz dərəcədə zoxdur. Müba-
hisəsiz olaraq göstərə bilərik ki, mülki hüquqda hüquqi faktların əsas kütləsini subyektlərin hərəkətləri təşkil
edir. Bütün hüquqi hərəkətləri onların iradəvi xarakterə malik olması birləşdirir. Lakin onlar son dərəcə müxtə-
lifdir. Buna görə də sivilistika elmi mülki-hüquqi hərəkətlərin təsnifini verir.
Dostları ilə paylaş: |