90
qı-satqı müqaviləsi bağlayırlar. Onlar arasında öhdəlik hüquq münasibəti (alqı-satqı öhdəliyi) əmələ gəlir. La-
kin əşya alıcıya verilməmiş onun dövriyyədən çıxarılması barədə dövlət orqanı akt qəbul edir. Bununla alqı-sat-
qı öhdəliyinə xitam verilir.
Bəzi mülki hüquq münasibətlərinin əmələ gəlməsi müvafiq dövlət orqanının qabaqcadan icazəsi olma-
dan, ümumiyyətlə, mümkün deyil. Məsələn, qəyyumluqda və himayədə olanın əmlakı özgəninkiləşdirilərkən,
icarəyə və əvəzsiz istifadəyə verilərkən qəyyumluq və himayəçilik kimi dövlət orqanın qabaqcadan icazə ver-
məsi tələb olunur (MM-in 36-jı maddəsinin 2-ci bəndi). Bu cür icazə verilməsini nəzərdə tutan müvafiq akt qə-
bul edilməsə, alqı-satqı, dəyişmə, bağışlama, icarə və digər mülki hüquq münasibətlərinin əmələ gəlməsindən
söhbət gedə bilməz.
Dövlət orqanlarının mülki hüquq münasibətlərinin əsası kimi çıxış edən aktları arasında sahibkarlıq fəaliy-
Dostları ilə paylaş: