Microsoft Word mulki huquq doc


normativ aktlar hesab edilir



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə277/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   273   274   275   276   277   278   279   280   ...   1820
normativ aktlar hesab edilir. Məhz bu səbəbdən də inzibati aktlar konkret subyekt üçün inzibati hüquq müna-

sibəti yaradır, dəyişdirir və ya xitam edir. 

Bununla belə, bəzi inzibati aktlar təkcə inzibati hüquqi nəticə doüurmaq niyyəti ilə yox, həm də mülki-hü-

quqi nəticə yaratmaq məqsədilə verilir və qəbul edilir. Bu cür aktlar mülki hüquq münasibətlərinin əsası ki-

mi çıxış edir. Başqa sözlə desək, həmin aktlar nəticəsində mülki hüquq münasibətləri əmələ gəlir, dəyişir və ya 

xitam olunur. Özü də mülki qanunvericilik inzibati aktların mülki hüquqi nəticə doüurmaq imkanını və qabiliy-

yətini rəsmi surətdə nəzərdə tutur. Belə ki, dövlət orqanlarının və  yerli özünüidarə orqanlarının aktları mülki 

hüquq və vəzifələrin əmələ gəlmə əsası, yəni mülki hüquq münasibətlərinin əsası kimi çıxış edə bilər (MM-in 

14-cü maddəsinin 2-ci bəndinin 2-ci yarımbəndi). 

Hər şeydən əvvəl, inzibati aktlar mülki hüquq münasibətlərinin əmələ gəlmə əsası kimi çıxış edə bilər. 

Məsələn, şəhər icra hakimiyyəti orqanı vətəndaşa yaşayış evi üçün order verir. Bu, birincisi, həmin orqanla mü-

vafiq mənzil-istismar sahəsi (MIS) arasında inzibati hüquq münasibəti əmələ gətirir; ikincisi, order almış vətən-

daşla MIS arasında kirayə müqaviləsi bağlamaq özrə mülki hüquq münasibəti (kirayə hüquq münasibəti) yara-

dır. 

Bəzi hallarda inzibati akt mülki hüquq münasibətinin xitam olunmasına səbəb olur. Məsələn, müvafiq 



dövlət  icra  hakimiyyəti  orqanının  qərarı  ilə  torpaq  sahəsi  mülkiyyətçidən  dövlət  ehtiyacları  üçün  alına  bilər 

(MM-in 246-cı maddəsi). Bu akt nəticəsində mülkiyyətçinin torpaq sahəsi özərində mülkiyyət hüququna xitam 

verilir. Başqa bir misalda təbii fəlakətlər, texnoloæi qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter 

daşıyan  digər  hallarda  müvafiq  dövlət  orqanın  rekvizisiya  (həcz)  barədə  qərarı  ilə  əmlak  dəyəri  ödənilməklə 

mülkiyyətçidən cəmiyyətin mənafeyi üçün məcburi surətdə alına bilər (MM-in 209-cu maddəsinin 1-ci bəndi). 

Bu qərar vətəndaşın əmlak özərində mülkiyyət hüququna xitam verilməsinə səbəb olur.  

Mülki qanunvericilik dövlət və ya bələdiyyə orqanının aktını öhdəlik hüquq münasibətlərinin (öhdəlik-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin