müvcud olduqda, konkret subyektiv hüquqlar əmələ gələ bilər. Mülki hüquq qabiliyyəti konkret hüquq və
vəzifələr yox, yalnız onların əldə edilməsinin mücərrəd və ümumi zəminidir.
Beləliklə, mülki hüquq qabiliyyəti dedikdə, fiziki şəxsin qanunda nəzərdə tutulan mülki hüquqlara
malik olmaüın və vəzifələr daşımaüın dövlət tərəfindən tanınan ümumi, mücərrəd imkanı, bu hüquq və
vəzifələrin daşıyıcısı olmaq qabiliyyəti başa düşülür. Mülki hüquq qabiliyyəti kateqoriyasının məna və ma-
hiyyətinin aydınlaşmasında keçmiş sovet dövrünün görkəmli sivilist alimlərinin — O.S.Ioffenin, S.N.Bratusun,
O.A.Krasavçikovun, E.A.Fleyşitsin və başqalarının böyük elmi əməyi olmuşdur. Onların irəli sürdükləri müd-
dəalar bu kateqoriyanın əsl təbiətinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.
Dostları ilə paylaş: |