3. Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətləri
Mülki hüquq qabiliyyəti fiziki şəxsin ictimai vəziyyətini hüquqi cəhətdən ifadə edən hüquqi hadisədir. O,
hüquqi üstqurum kateqoriyasına şamil edilən məsələdir. Buna görə də o, cəmiyyətin bazisi ilə, yəni istehsal mü-
nasibətləri ilə müəyyən olunur.
Mülki hüquq qabiliyyəti fiziki şəxsin anadangəlmə təbii keyfiyyəti deyildir. O, fiziki şəxsə təbiət tərəfindən
anadangəlmə verilmir. Mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı ona dövlət tərəfindən mülki
hüquq normaları vasitəsi ilə verilir. Nə vaxt ki, fiziki şəxs doüulur və yaşayır, dərhal da o, mülki hüquq qabiliy-
yətli olur. Harada ki, ümumiyyətlə, mülki hüquqi tənzimetmə və hüquqi mühit vardır, orada da mülki hüquq qa-
biliyyəti müvcuddur. Deməli, mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı fiziki şəxsə dövlət tə-
rəfindən hüquq əsasında (daha doürusu, hüququn xaricən ifadə olunduüu qanunvericilik aktlarının vasitəsi ilə)
verilir. Bu fikrin doüru olması belə bir tarixi faktla təsdiqlənir və sübut olunur ki, quldarlıq cəmiyyətində qullar
dövlət tərəfindən rəsmi olaraq hüquq əsasında hüquq qabiliyyətli hesab edilmirdi. Onlar yalnız hüququn obyekti
— alqı-satqının predmeti kimi çıxış edə bilərdilər. Roma hüququ qullara «danışan alət», predmet, əşya kimi ba-
xırdı. Həmin dövrdə Romada tam hüquq qabiliyyətli vətəndaşlar da yaşayırdı. Feodalizm dövründə təhkimli
kəndlilər tam hüquq qabiliyyətli vətəndaşlar sayılmırdı. Feodal hüququ imtiyazlar hüququ idi. Bu hüquq vətən-
daşların hüquqlara malik olmaq qabiliyyətini onların sosial mənşəyindən, mənsub olduüu silkdən, tutduüu vəzi-
fədən, rütbədən və s. asılı olaraq müəyyən edirdi. Deməli, mülki hüquq qabiliyyəti fiziki şəxsin görmə, eşit-
Dostları ilə paylaş: |