Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə303/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   299   300   301   302   303   304   305   306   ...   1820
yektiv mülki hüquq isə konkret və gerçəklik kimi kateqoriyalara daxildir. Onlar arasında əlaqə mücərrəd 

və konkret, imkan və gerçəklik kimi iki cür fəlsəfi kateqoriya arasındakı nisbət kimidir. Mülki hüquq qabiliyyə-

ti hüquqi cəhətdən imkandır (hüquqi imkandır). Məsələn, mülkiyyət hüququna malik olmaq, əqli mülkiyyət hü-

ququna malik olmaq, şərəf və ləyaqətin müdafiəsi hüququna malik olmaq və s. Mülki hüquq qabiliyyəti həm də 

mücərrəd kateqoriyadır. O, subyektiv mülki hüquqlara malik olmaüın mücərrəd (ümumi) imkanıdır. Daha doü-

rusu, mülki hüquq qabiliyyəti mülki hüquq münasibətlərinin yaranmasının, yəni fiziki şəxslər üçün konkret sub-

yektiv mülki hüquqların əmələ gəlməsinin ümumi, mücərrəd zəminidir. Lakin o, hələ subyektiv mülki hüquq-

ların özü deyil, yalnız bu hüquqlara malik olmaüın mücərrəd qabiliyyəti və imkanıdır. Bu mücərrəd imkan mü-

ə

yyən  hüquqi  faktlar  (hərəkətlər  və  hadisələr)  əsasında  gerçəkliyə  çevrilir,  konkretləşir,  yəni  konkret  fiziki 



şə

xslər üçün konkret subyektiv hüquqlar əmələ gəlir. Deməli, subyektiv mülki hüquq konkret və gerçəklik kate-

qoriyasına aiddir. Məsələn, Konstitusiya müəyyən edir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak 

ola bilər. Bu, bütün fiziki şəxslərə verilən mülkiyyət hüququna malik olmaüın mücərrəd imkanı olub, mülki hü-

quq qabiliyyətini ifadə edir. Hər hansı konkret müəyyən vətəndaş bu hüquqi imkandan istifadə edərək alqı-satqı 

müqaviləsi əsasında özünə yaşayış evi alır. Həmin vətəndaşın bu ev özərindəki mülkiyyət hüququ artıq subyek-

tiv mülki hüquqdur, gerçəklikdir. Alqı-satqı müqaviləsi isə mücərrəd hüquqi imkanı konkret gerçəkliyə çevirən 

hüquqi fakt (hərəkət) rolunu oynayır. Subyektiv mülki hüquq gerçəkliyə çevrilən imkandır. O, konkret şəxsə 

məxsus olan artıq müvcud hüquqdur.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin