kincisi, subyektiv mülki hüquqa münasibətdə mülki hüquq qabiliyyəti ilkindir, əsasdır, çıxış və başlan-
üıc kateqoriyasıdır, habelə zəmin (ilkin şərt) rolunu oynayır. Subyektiv hüquq isə özünün lazımi və vacib
ümumi zəmini kimi mülki hüquq qabiliyyətinə əsaslanır.
Üçüncüsü, mülki hüquq qabiliyyəti mülki hüquq subyektliyi kateqoriyasının elementlərindən biridir.
Artıq qeyd etdiyimiz kimi, o, fiziki şəxsin ictimai-hüquqi keyfiyyəti və xüsusiyyətidir. Subyektiv mülki hüquq
isə mülki hüquq münasibətlərinin elementi hesab edilir.
Dördüncüsü, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün bir bərabərdə və eyni dərəcədə tanınır.
Bu, o deməkdir ki, qanun mülki hüquqlar əldə etməkdə hamıya eyni və bərabər hüquqi imkan verir. Qadının və
kişinin, xəstə və saülamın, azyaşlı və yetkinin, varlı və kasıbın və digər kateqoriya şəxslərin mülki hüquqlara
malik olmaqda hüquqi imkanı eynidir və bərabərdir. Daha doürusu, bütün fiziki şəxslər eyni həcmdə mülki hü-
quq qabiliyyətinə malikdirlər. Subyektiv mülki hüquqların həcminə gəldikdə isə qeyd etməliyik ki, o, ayrı-ayrı
subyektlərdə müxtəlif cür olur. Başqa sözlə desək, müxtəlif subyektlərin malik olduqları subyektiv mülki hü-
quqlar həcm etibarilə eyni və bərabər deyil. Ola bilsin ki, hər hansı bir müəyyən vətəndaşın konkret subyektiv
hüququ (məsələn, minik avtomobili özərində mülkiyyət hüququ) olmasın. Vətəndaşın biri bağ evi ala bilər, o
biri isə yox. Qonşulardan biri qaraæ tikdirə bilər, digər qonşu isə yox və s. Özü də subyektiv mülki hüquqların
həcmi fiziki şəxsin necə işləməsindən və gəlir (qazanc) götürməsindən, hansı bacarıq və qabiliyyətə malik ol-
masından asılıdır. «Işləməyən dişləməz» kimi məşhur atalar sözünü burada işlətmək yerinə düşərdi.
Dostları ilə paylaş: |