Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə307/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   303   304   305   306   307   308   309   310   ...   1820
qabiliyyəti isə bu münasibətlərin ümumi zəmini, ilkin şərtidir. Belə olan halda, hüquq qabiliyyətini subyek-

tiv hüquq hesab etmək olarmı? Hüquqi faktlar olmazsa, ümumi müjərrəd zəmin rolunu oynayan mülki hüquq 

qabiliyyəti konkret subyektiv hüquqlar vasitəsi ilə həyata keçə bilməz. 

5. Mülki hüquq qabiliyyətinin məzmunu  

Qüvvədə olan mülki qanunvericiliyə görə, fiziki şəxslərin malik ola bildiyi mülki hüquq və vəzifələrin 

məcmusuna mülki hüquq qabiliyyətinin hüquqi məzmunu deyilir. Mülki hüquq qabiliyyətinin hüquqi məz-

mununu hüquqların özü yox, bu hüquqlara malik olmaq imkanı təşkil edir. Qüvvədə olan mülki qanunverici-

lik fiziki şəxslərə həm əmlak, həm də şəxsi qeyri-əmlak xarakterli hüquq və vəzifələrə malik olmaq imkanı ve-

rir.  


Fiziki şəxslər mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan (müqavilələrdən, əqdlərdən, dövlət orqanla-

rının  və  yerli  özünüidarə  orqanlarının  aktlarından,  məhkəmə  aktlarından,  başqa  şəxsə  zərər  vurulmasından, 

ə

sassız varlanmadan, hadisələrdən və s.) əmələ gələn mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imka-



nına malikdirlər. Onların bununla belə, mülki qanunvericilikdə nəzərdə tutulmayan əsaslardan  yaranan mülki 

hüquq və vəzifələrin daşıyıcısı olmaq qabiliyyəti də vardır, amma bir şərtlə ki, bu, mülki hüququn prinsiplərinə 

zidd olmasın. Söhbət, hər şeydən əvvəl qanunvericilikdə nəzərdə tutulmayan əqdlərdən və müqavilələrdən, ha-

belə fiziki şəxslərin digər hərəkətlərindən əmələ gələn mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imka-

nından gedir. Məsələn, Azərbayjan Respublikasının qanunvericiliyi əmlakın etibarlı idarə olunması, sadə ortaq-

lıq, əvəzli xidmət (rabitə, tibb, informasiya, audit, məsləhət və s. xidmətlər) göstərilməsi və s. hüquqi konstruk-

siyalar (müqavilələr) tanımır və nəzərdə tutmur. Lakin buna baxmayaraq, fiziki şəxslər bu cür müqavilələr bağ-

lamaq, bu müqavilələrdən əmələ gələn hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanına malikdir. Bir sözlə 

desək, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, fiziki şəxslərin qanunla qadaüan edilməyən və 

mülki hüququn prinsiplərinə zidd olmayan istənilən hər hansı mülki hüquqa (istər əmlak hüququ olsun, istərsə də 

şə

xsi qeyri-əmlak hüququ olsun, fərqi yoxdur) malik olmaq və vəzifələr daşımaq qabiliyyəti vardır.  



Dediklərimizdən belə məlum olur ki, mülki qanunvericilik hüquq qabiliyyətinin məzmununa daxil olan 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin