qli mülkiyyət hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil olan hü-
quqi imkanlardan biridir. Bu hüquqi imkan «Insan hüquqlarının ümumi Bəyannaməsi»nin 27-ci maddəsində
ifadə olunmuşdur: hər bir insanın elmi, ədəbi və bədii əsər yaratmaq, bu əsərlərin müəllifi kimi tanınmaq hüqu-
qu vardır. Həmin hüquqlar qorunur.
Göstərilən hüquqi imkan, həm də Konstitusiyada möhkəmləndirilmişdir. Konstitusiyanın 30-cu maddəsində
göstərilir ki, hər kəsin əqli mülkiyyət hüququ vardır. Bu, o deməkdir ki, fiziki şəxslər elm, ədəbiyyat və incəsə-
nət əsərləri, ixtiralar, faydalı modellər, sənaye nümunələri, kəşflər, səmərələşdirici təkliflər yaratmaq və onların
müəllifi olmaq hüququna malikdirlər. Özü də hər bir müəllifin əsər barəsində həm şəxsi (qeyri-əmlak), həm də
ə
mlak (iqtisadi) xarakterli hüquqlara malik olmaq imkanı vardır.
Dostları ilə paylaş: |