Qanunvericilikdə nəzərdə tutulmuş əqdlər (o cümlədən müqavilələr), habelə qanunvericilikdə nəzərdə
tutulmayan, amma ona zidd olmayan əqdlər (o cümlədən müqavilələr) bağlamaq qabiliyyəti fiziki şəxslə-
rin mülki hüquq qabiliyyətinin məzmununa şamil edilən hüquqi imkandır. Fiziki şəxslər öz tələbat və ehtiyacla-
rını təmin etmək üçün müxtəlif cür müqavilələr və digər əqdlər bağlamaq imkanına malikdirlər. Bu müqavilələ-
rin hüquqi parametrləri Mülki Məcəllədə göstərilmişdir. Onlar ictimai münasibətlərin hüquqi forması, iqtisadi
(əmlak) dövriyyənin hüquqi rəsmiləşdirmə vasitəsidir.
Komanda (sovet) iqtisadiyyatından bazar iqtisadiyyatına keçidlə bağlı olaraq mülki-hüquqi müqavilələrin
ə
həmiyyəti artır. Müqavilə kateqoriyasından iqtisadi (əmlak) dövriyyədə geniş surətdə istifadə olunur. Iqtisadi
dövriyyə münasibətlərini rəsmiləşdirməkdə xüsusilə dörd qrup müqavilənin rolu xüsusilə böyükdür: əmlakın
mülkiyyətə verilməsi özrə müqavilələr (alqı-satqı, pərakəndə alqı-satqı, mal göndərmə, dəyişmə, bağışlama və
s. müqavilələr); əmlakın istifadəyə verilməsi özrə müqavilələr (icarə, kirayə, lizinq, əvəzsiz istifadə müqavilələ-
ri); iş görülməsi özrə müqavilələr (podrat müqaviləsi); xidmət göstərilməsi özrə müqavilələr (daşıma, sığorta,
kredit və digər müqavilələr). Müqavilə bağlamaqda fiziki şəxslər azad və sərbəstdirlər. Mülki hüququn prinsip-
ləri arasında müqavilə azadlıüı prinsipi mühüm yer tutur.
Dostları ilə paylaş: |