təşkil edən hüquqi imkanlardan biridir. Qeyri-maddi nemətlər onun daşıyıcısı olan fiziki şəxsin özündən ayrıl-
maz olub, iqtisadi məzmuna malik deyildir. Özü də onlar fiziki şəxsin fərdiləşdirilməsinə, daxili mənəvi aləmi-
nin toxunulmazlıüına, fiziki-sosial cəhətdən yaşamasının təmin edilməsinə yönəlir. Bu nemətlər şəxsi qeyri-əm-
lak hüquqlarının obyektidir. Həmin hüquqlara aiddir: yaşamaq hüququ; saülamlıq hüququ; saülam ətraf mühit-
də yaşamaq hüququ; şəxsi toxunulmazlıq hüququ; təhlükəsiz yaşamaq hüququ, şərəf, ləyaqət və işgözar nüfuz
hüququ; şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ; ad hüququ; ölkə ərazisində sərbəst hərəkət edə bilmək,
xsi qeyri-əmlak hüquqları əsasən, «Insan hüquqlarının ümumi Bəyannaməsi»ndə ifadə olunmuşdur. Bə-
hər kəsin öz şəxsi və ailə sirrini saxlamaq, şərəf və işgözar nüfuz hüququna, 13-cü maddəsi dövlətin hüdudla-
rında sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malik olmasını müəyyənləşdirir. Şəxsi
qeyri-əmlak hüquqları Konstitusiyada da təsbit olunmuşdur. Bu səbəbdən onların çoxu konstitusion xarakter
Bununla bərabər, qeyd etmək lazımdır ki, mülki hüquq qabiliyyətinin məzmununa daxil olan hüquqi imkan-
101
ların sərhədləri sonsuz və hüdudsuz deyildir. Bu, o deməkdir ki, fiziki şəxslərin yalnız qanunvericiliyə, mülki
hüququn prinsiplərinə zidd gəlməyən mülki hüquqlara malik olmaq imkanı vardır. Məsələn, vətəndaşlar partla-
yıcı maddələr, döyüş təyinatlı hərbi texnika, radioaktiv maddələr, qiymətli kaüız istehsal edən avadanlıq və di-
gər əmlak növləri özərində mülkiyyət hüququna malik ola bilməzlər. Ona görə ki, qanun bunu qadaüan edir. Fi-
ziki şəxsin ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olan ixtira, faydalı model və sənaye nümu-
nəsi yaratmaq imkanını qanun yolverilməz hal hesab edir. Bu cür əqli mülkiyyət obyektlərinə patent verilmir,
yəni həmin obyektlər patentlə mühafizə edilmir. Cinayət qanunvericiliyinə görə, törədilmiş cinayətə görə məhkə-
mə hökmü əsasında şəxs müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşüul olmaq hüququndan məhrum
edilə bilər.
Beləliklə, qanun bəzi mülki hüquqlara malik olmaq imkanını birbaşa qadaüan edə bilər. Bu, mülki hüquq
Dostları ilə paylaş: