6. Mülki hüquq qabiliyyətinin əmələ gəlməsi və
xitam edilməsi
Bəs mülki hüquq qabiliyyəti nə vaxt yaranır? Fiziki şəxs nə vaxtdan mülki hüquqlara malik ola və vəzifələr
daşıya bilər? Mülki qanunvericilik bu suala dəqiq olaraq cavab verir: fiziki şəxsin hüquq qabiliyyəti onun do-
üulduüu an əmələ gəlir (MM-in 25-ci maddəsinin 2-ci bəndi). Doüum faktı Vətəndaşlıq Vəziyyəti Aktlarının
Dövlət Qeydiyyatı (VVADQ) orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Amma bu faktla yox, fiziki şəxsin
dünyaya gəlməsi faktı ilə onun mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı da yaranır. Başqa
sözlə desək, fiziki şəxsin doüum faktı onun mülki hüquq qabiliyyətli hesab edilməsi üçün əsasdır. Fiziki
şə
xs doüulduqdan sonra bir neçə gün və ya bir neçə saat yaşamış olsa belə o, həmin müddət ərzində mülki hü-
quq qabiliyyətli hesab edilir.
Mülki qanunvericilik mayası bağlanmış, ana bətnində olan gələcək uşaüın (hüququn gələcək subyektinin)
hüquq və mənafeyini nəzərə alır, qoruyur. Həyatda bəzən elə hallar yaranır ki, miras qoyan atanın saülıüında
gələcək uşaüın mayası bağlanır. Bax, hələ doüulmamış, ana bətnində olan, mayası bağlanmış gələcək uşaüın
vərəsə olmaq hüququ vardır. Axı, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir (MM-in 25-ci mad-
dəsinin 3-cü bəndi). Deməli, ölüm yataüında can verən ata mayası bağlanmış, hələ ana bətnində olan, doüulma-
mış uşaüı özünün vəsiyyəti özrə vərəsəsi təyin edə bilər. Həmin uşaq miras qoyan atanın qanuni vərəsəsi də ola
bilər. Qanun bu göstərişlə miras qoyan atanın ölümündən sonra doüulmuş uşaqların miras əmlakdakı mümkün
pay hüququnu müdafiə etmək məqsədini güdür. Daha doğrusu, bu, ana bətnində olan uşağın mənafeyini müda-
fiə etmək özün görülən tədbirdir. Amma burdan belə bir nəticə çıxarmaq olmaz ki, bu cür hallarda mülki hüquq
qabiliyyəti fiziki şəxsin doüulması anına kimi, yəni onun ana bətnində olması vaxtı əmələ gəlir. Bu hal ümumi
qaydadan istisna təşkil etmir. Ona görə ki, əgər uşaq saü doüulmazsa, onda hüquq qabiliyyəti də yaranmır.
Bəs fiziki şəxsin doüum anı hansı meyarla müəyyən edilir? Fiziki şəxsin doüulması fizioloæi prosesdir. Ona
görə də onun doüulması hüquq elminin yox, tibb elminin müəyyən etdiyi meyarla təyin edilir. Tibb elminə gö-
rə, fiziki şəxsin müstəqil olaraq tənəffüs etməyə başladığı an onun doüum anı hesab olunur. Deməli, fiziki şəxs
Dostları ilə paylaş: |