liyyəti mülki hüquq qabiliyyətinə əsaslanır. Məsələn, vətəndaş alqı-satqı müqaviləsi bağlayaraq, özünə yaşa-
yış evi alır. Bununla o, müqavilə bağlamaq qabiliyyətini (mülki fəaliyyət qabiliyyətini) həyata keçirir. Şübhəsiz
ki, əgər vətəndaşın mülki hüquq qabiliyyəti, yəni yaşayış evi özərində mülkiyyət hüququna malik olmaq qabi-
liyyəti olmasaydı, onda o, mülki fəaliyyət qabiliyyətindən (müqavilə bağlamaq qabiliyyətindən) istifadə edə bil-
məzdi. Fiziki şəxslər mülki dövriyyədən çıxardılmış əmlak özərində (yerin təki, meşə fondu, partlayıcı maddə-
lər, hərbi silah və s.) mülkiyyət hüququna malik ola bilməzlər, yəni onların mülki hüquq qabiliyyəti məhdud-
dur. Təbii ki, fiziki şəxsin bu cür əmlak növləri barəsində də mülki fəaliyyət qabiliyyəti məhdudlaşır. Belə ki,
fiziki şəxslər öz hərəkətləri ilə, məsələn, alqı-satqı müqaviləsi bağlamaqla, həmin əmlak növləri özərində mül-
kiyyət hüququ əldə edə bilməzlər. Dediklərimizdən belə çıxır ki, mülki hüquq qabiliyyəti sanki mülki fəaliyyət
qabiliyyətinin «sələfidir».
Mülki fəaliyyət qabiliyyəti çox böyük əhəmiyyətə və rola malik olan kateqoriyadır. Fiziki şəxsləri mülki hü-
ququn subyekti kimi tanımaq və görmək üçün onun təkcə hüquq qabiliyyətli olması yetərli deyil. Bunun üçün
fiziki şəxsin həm də mülki fəaliyyət qabiliyyətinə malik olması gərəkdir. Mülki fəaliyyət qabiliyyəti elə bir hü-
quqi hadisədir ki, o, fiziki şəxsin öz hərəkətləri ilə hüquqi nəticə yaratması (hüquq münasibətinin əmələ gəlmə-
si, dəyişməsi və ya xitam olunması) üçün və məsuliyyət daşıması üçün ümumi hüquqi zəmin (ilkin şərt) rolunu
oynayır.
Mülki fəaliyyət qabiliyyəti elə bir hüquqi vasitədir ki, o, fiziki şəxsə iqtisadi (əmlak) dövriyyə münasibətlə-
rində fəal iştirak etməyə, sahibkarlıq, kommersiya və təsərrüfat fəaliyyətini, biznes işini həyata keçirməyə, əm-
lak və şəxsi qeyri-əmlak hüquqlarını gerçəkləşdirməyə imkan verir. Onun vasitəsilə iqtisadi (əmlak) dövriyyə
subyektləri öz hüquq və mənafelərini müdafiə etmək imkanı əldə edirlər.
|