və ya narkotik vasitələrdən sui-istifadə etməsindən və yaxud da ki qumara qurşanmasından ibarətdir.
Spirtli içkilərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə dedikdə, fiziki şəxsin on-
lardan həddən artıq və ya sistematik istifadə etməsi başa düşülür ki, bu, həmin şəxsin ailəsinin mənafeyi ilə zid-
diyyət təşkil edərək, onunla bir araya sıümır, habelə son dərəcə çox pul məbləüinin xərclənməsini tələb edir.
Burada söhbət fiziki şəxsin alkoqolik və ya narkoman kimi tanınmasından (alkoqolizm və ya narkomaniyadan)
getmir. Başqa sözlə desək, şəxsin mülki fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq üçün onun «rəsmi surətdə» al-
koqolik və ya narkoman kimi tanınması vacib deyil və tələb olunmur. Alkoqolizmin və ya narkomaniyanın
müvcudluüu Almaniya Mülki Qanunnaməsində əsas fakt kimi nəzərdə tutulmuşdur (§ 6). Qumara qurşanmaq
dedikdə, fiziki şəxsin qumarxanalarda və digər yerlərdə sistematik olaraq pullu qumar oyunlarında iştirak etmə-
si başa düşülür ki, bu da ailənin mənafeyinə uyüun olmayıb, hədsiz dərəcədə pul vəsaitinin «göyə sovrulması-
na» səbəb olur.
Yeri gəlmişkən qeyd edək ki, sovet dövrünün mülki qanunvericiliyi fiziki şəxslərin fəaliyyət qabiliyyətinin
məhdudlaşdırılmasının əsası kimi «qumara qurşanmaq» anlayışını tanımırdı. Bizim ölkə qanunvericiliyi üçün
yeni hal olan bu anlayış RF-in və digər ölkələrin qanunvericiliyində nəzərdə tutulmayıb.
Qədim Roma hüququnda fiziki şəxsin israfçılıüı, bədxərcliyi fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına
səbəb olan başlıca əsas kimi müəyyənləşdirilirdi. Israfçılıüa yol verən şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdı-
rılırdı. Bu şəxsin əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdlər istisna olmaqla, digər əqdləri müstəqil su-
rətdə bağlamaq hüququ yox idi. Roma hüququnun müəyyənləşdirdiyi «israfçılıq» («bədxərclik») kimi anlayış
sonralar Almaniya və digər ölkələrin qanunvericiliyi tərəfindən qəbul edilmişdir. Almaniya Mülki Qanunnamə-
si israfçılıüı fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına (məhrumetməyə) səbəb olan əsaslardan
biri kimi nəzərdə tutur (§ 114). Fransa Mülki Məcəlləsinə görə də israfçılıq fəaliyyət qabiliyyətinin məhdudlaş-
dırılmasına (bu məhdudlaşdırma məhrumetmə ilə bağlı deyil) dəlalət edən hallardan biridir.
«Israfçılıq» («bədxərclik») anlayışı sovet mülki qanunvericiliyinə məlum deyildi. Bizim müasir ölkə qanun-
vericiliyi də bu anlayışı tanımır. Deməli, israfçılıq və bədxərclik kimi hallar fiziki şəxsin mülki fəaliyyət qabi-
liyyətinin məhdudlaşdırılması üçün əsas ola bilməz.
Mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan ikinci fakt fiziki şəxsin spirtli içkilərdən,
psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində
Dostları ilə paylaş: |