120
zəifləyir, aşaüı düşür, bu isə həmin şəxsin öz əməllərini dözgün qiymətləndirmək qabiliyyətinə mane olur.
Ruhi
xə
stə
lik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki
şə
xsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir.
Şə
xsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün hər iki meyarın — həm hüquqi, həm də
tibbi meyarın müəyyənləşdirilməsi tələb edilir. Əgər bu meyarlardan biri olmazsa, onda şəxsin fəaliyyət qabi-
liyyəti olmayan şəxs hesab edilməsindən söhbət gedə bilməz. Bu meyarların biri digərini şərtləndirir.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün mülki qanunvericilik məhkəmə qaydası
müəyyənləşdirir. Fiziki şəxsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə yalnız məhkəmənin ixtiya-
rı vardır. Hər hansı psixiatriya (psixonevroloæi) müəssisəsinin buna hüququ çatmır. Bu müəssisə məhkəmə-psi-
xiatriya ekspertizası apara bilər. Belə ki, işə məhkəmədə baxılana kimi şəxsin psixi vəziyyətini müəyyən etmək
üçün hökmən və məcburi surətdə ekspertiza təyin edilir. Ekspertiza nəticəsində fiziki şəxsin öz hərəkətlərinin
mənasını başa düşməmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilməmək qabiliyyəti barədə rəy verilir. Məhkə-
mə-psixiatriya ekspertizasının səlahiyyətinə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli olmaması barədə rəy ver-
mək daxil deyildir. Bu məsələ yalnız məhkəmə tərəfindən həll edilir.
Məhkəmə qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi prosedurası Mülki-Prosessual Mə-
cəllə (317-322-ci maddələr) ilə tənzimlənir. Hər şeydən əvvəl, maraqlı şəxslər (fiziki şəxsin valideynləri, qar-
daş-bacıları, müvafiq icra hakimiyyəti orqanı, psixiatriya müəssisəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət
edirlər. Məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə işə baxır. Kifayət
qədər əsaslar olduqda, o, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edir. Bu qərar
ə
Dostları ilə paylaş: