9. Mütləq fəaliyyət qabiliyyəti olmayan şəxslər
Aüıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə
rəhbərlik edə bilməyən və buna görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan fiziki şəxslə-
rə mütləq fəaliyyət qabiliyyəti olmayan şəxslər deyilir. Cinayət hüququ bu kateqoriya şəxsləri «anlaqsızlıq
vəziyyətində olmuş şəxslər» anlayışı ilə əhatə edir. Mülki qanunvericilik bu cür anlayış tanımır və işlətmir. An-
laqsızlıq vəziyyəti cinayət-hüquqi əhəmiyyətə malikdir. Belə ki, ictimai təhlükəli əməl etdiyi zaman anlaqsızlıq
vəziyyətində olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsızlıq vəziyyəti həm də mülki-hüquqi əhə-
miyyət kəsb edir. Belə ki, bu vəziyyət fiziki şəxsin mülki fəaliyyət qabiliyyətini müəyyənləşdirir.
Şə
xsi mütləq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gə-
rəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin həmin şəxsə verdiyi leqal anlayışda öz əksini tapıb (MM-
in 28-ci maddəsinin 8-ci bəndi). Həmin meyarlar bunlardır:
●
hüquqi meyar (əlamət);
●
tibbi meyar (əlamət).
Dostları ilə paylaş: |