3. Qəyyum və himayəçi təyin edilən şəxslər
Fiziki şəxs özərində qəyyumluq və ya himayəçilik müəyyənləşdirmək zərurəti yarandıqda, yəni qəyyumluüa
və ya himayəçiliyə ehtiyacı olan fiziki şəxsə qəyyum və ya himayəçi təyin etmək lazım gəldikdə maraqlı şəxs-
lər qəyyumluq və himayəçilik orqanına dərhal məlumat verirlər. Bu orqan məlumat alan kimi yoxlama aparır,
material hazırlayır, hazırlıq işləri görür, lazımi sənədlər toplayır və s. Həmin məlumat qəyyumluq və himayəçi-
lik orqanına daxil olduüu vaxtdan üç aydan gec olmayaraq qəyyum və ya himayəçi təyin edilir. Qəyyumluüa və
ya himayəçiliyə ehtiyacı olan fiziki şəxsin yaşayış yeri özrə rayon icra hakimiyyəti orqanı bu barədə müvafiq
qərar qəbul edir. Bununla ayrı-ayrı şəxslər qəyyum və himayəçi təyin edilirlər.
Aydın bir həqiqətdir ki, fiziki şəxslər özərində qəyyum və himayəçi təyin edilərkən onlara böyük inam və
etimad göstərilir. Qəyyumların və himayəçilərin həyata keçirdikləri missiyanın və fəaliyyətin əsas məözi və qa-
yəsi özlərinin qəyyumluüu və himayəçiliyi altında olan fiziki şəxslərin hüquq və mənafelərini təmin etməkdən
ibarətdir. Bu missiya və fəaliyyəti daha dolüun və tam həyata keçirmək üçün mülki qanunvericilik qəyyumlar
və himayəçilər barədə bir neçə şərt (tələb) irəli sürür. Yalnız həmin şərtlərə (tələblərə) uyüun gəldikdə ayrı-ayrı
şə
xslər qəyyum (himayəçi) təyin edilə və qəyyumluq (himayəçilik) aktını həyata keçirə bilərlər. Bu, o deməkdir
ki, qəyyum və himayəçi olmaq arzusunda olan hər bir şəxs qəyyum və ya himayəçi təyin oluna bilməz.
Qanunun qəyyumlar (himayəçilər) barəsində müəyyən etdiyi birinci şərt (tələb) ondan ibarətdir ki, qəy-
Dostları ilə paylaş: |