3. Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin
hüquqi nəticələri
Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Birinci hüquqi
nəticə ondan ibarətdir ki, itkin düşmüş hesab edilən şəxsin əmlakı onun qanun özrə vərəsələrinin etibarlı
idarəçiliyinə keçir. Qanun özrə vərəsələrin bu əmlakı idarə etmək, ondan fayda götürmək hüququ vardır. Onlar
bu əmlakdan itkin düşmüş şəxsin himayəsində və öhdəsində olan qeyri-əmək qabiliyyətli şəxslərə (valideynlə-
rə, uşaqlara və s.) dolanacaq xərcləri verirlər və mülki hüquq münasibətləri özrə borclarını ödəyirlər (məsələn,
borc müqaviləsi özrə olan borcunu ödəyirlər, nisyə alqı-satqı müqaviləsi özrə malın pulunu verirlər və s.).
Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanun özrə vərəsələri olmaya da bilər. Bundan əlavə, bu şəxsin əmlakı-
nın idarə olunması zərurəti yarana bilər. Belə halda həmin əmlakın etibarlı idarəetməyə verilməsi barədə məh-
kəmə qərar qəbul edir. Kimin və hansı şəxsin etibarlı idarəçi təyin edilməsi məsələsini qəyyumluq və himayəçi-
lik orqanı həll edir. Bu şəxslə, yəni əmlakın etibarlı idarəçisi ilə qəyyumluq və himayəçilik orqanı əmlakın eti-
barlı idarə etməyə verilməsi haqqında müqavilə bağlayır. Etibarlı idarəçi bu müqavilə əsasında fəaliyyət göstə-
rir. Həmin müqavilə MM-in 37-ci maddəsi ilə tənzimlənir.
Etibarlı idarəçi müqaviləyə uyüun olaraq itkin düşmüş hesab edilən şəxsin mənafeyinə və xeyrinə istənilən
hərəkət edə, o cümlədən istənilən əqd bağlaya bilər. Əqdi o, öz adından bağlayır və etibarlı idarəçi rolunda çıxış
etdiyini qarşı tərəfə (əqdi bağlayan digər tərəfə) bildirir. Etibarlı idarəçinin istifadə nəticəsində əmlakdan gəlir
və bəhər götürmək hüququ vardır.
Etibarlı idarəçi itkin düşmüş hesab edilən şəxsin əmlakı hesabına kreditorlarla hesablaşır, onlara olan borcla-
rı ödəyir. Bundan əlavə, onun borcudur ki, itkin düşmüş hesab edilən şəxsin öhdəsində olan qeyri-əmlak qabi-
liyyətli şəxslərə (uşaqlara, valideynlərə, həyat yoldaşına və s.) dolanacaq xərcləri versin. Ona görə ki, xəbərsiz
itkin düşmüş hesab edilən şəxsin özərinə bu kateqoriya şəxsləri saxlamaq vəzifəsi qoyulmuşdur.
Dostları ilə paylaş: |