Dördüncü hüquqi nəticə ondan ibarətdir ki, xəbərsiz itkin düşmüş hesab edilən şəxsin öhdəsində olan qey-
ri-əmək qabiliyyətli ailə özvlərinin pensiya qanunvericiliyinə uyüun olaraq ailə başçısını itirməyə görə
pensiya almaq hüququ yaranır. Bu hüququ həyata keçirmək üçün maraqlı şəxslər müvafiq dövlət orqanlarına
müraciət edirlər.
Xəbərsiz itkin düşmə fiziki şəxsin saü qalması və yaşaması prezumpsiyasını (ehtimalını) itirmir, əksinə, onu
saxlayır. Buna görə də xəbərsiz itkin düşmüş hesab edilən şəxs gələ və ya onun olduüu yer aşkar edilə bilər. Be-
lə halda məhkəmə maraqlı şəxslərin (fiziki şəxsin özünün, onun ailə özvlərinin və s.) ərizəsi əsasında yeni qət-
namə ilə özünün əvvəl çıxarmış olduüu qətnaməsini ləğv edir. Məhkəmə qətnaməsi xəbərsiz itkin düşmüş şəx-
sin əmlakının etibarlı idarə olunması haqqında müqavilənin ləğv edilməsinə səbəb olur. Bundan əlavə, həmin
qətnamə xəbərsiz itkin düşmə faktından yaranan digər hüquq münasibətlərinin xitam olunması üçün əsasdır.
Itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdığı hallarda, nikah bərpa oluna bilər. Bunun üçün vacibdir ki,
ə
r və arvadın hər ikisi birgə ərizə ilə VVADQ orqanına müraciət etsinlər. Bu məsələ məhkəmə qaydasında həll
olunmur. Ər və ya arvaddan biri əgər şəxs xəbərsiz itkin düşmüş hesab edildikdən sonra yeni ailə qurubsa, yeni
nikaha giribsə, onda nikah bərpa oluna bilməz.
Dostları ilə paylaş: |