Konstruksiya mənasında hüquqi şəxs dedikdə, fiziki şəxslərin mülki (əmlak) dövriyyədə kollektiv surətdə
iştirakını təmin edən hüquqi forma (vasitə) başa düşülür. Elə bir hüquqi forma ki, o, fiziki şəxslərə birləşərək öz
təsərrüfat fəaliyyətini kollektiv surətdə təşkil etməyə imkan verir. Bu baxımdan hüquqi şəxslər fiziki şəxslərin
kollektiv qurumlarıdır. Bu qurumlar fiziki şəxslərin həm şəxsi səylərinin, həm də onların əmlakının, maddi
vəsaitlərinin və kapitallarının birləşməsini ifadə edir.
Mülki hüququn bu subyekti bəs nə üçün «hüquqi şəxs» adlanır? Ona görə ki, onlar təbiət tərəfindən yaradılmır.
Yalnız fiziki şəxsləri təbiət yaradır. Hüquqi şəxslər isə qeyri-təbii qurumlar olub, hüquq qaydası, hüquq norma-
Dostları ilə paylaş: |