Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə459/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   455   456   457   458   459   460   461   462   ...   1820
ları və hüquqi göstərişləəsasında xüsusi qaydada əmələ gəlir, yenidən təşkil olunur və ləğv edilir. Onlar 

hüquq əsasında yaranan konstruksiyadır (latınca constructio - qurüu, quruluş). Hüquqi şəxslərin qeyri-təbii, süni 

qurumlar olması bəzi xarici ölkələrin qanunvericiliyində (məsələn, ×ilinin MM-in 545-ci maddəsində, Ekvadorun 

MM-in 583-cü maddəsində və s.) birbaşa göstərilmişdir.  

Hüquqi şəxs konstruksiyasının genezisi — əmələ gəlməsinin tarixi kökləri qədim zamanlarla bağlıdır. Hələ 

Roma xüsusi hüququ dövründə əmlak münasibətlərində fiziki şəxslərdən başqa, onların birlikləri və qrupları da 

subyekt  rolunda  çıxış  edirdilər.  Həmin  dövrdə  Roma  hüquqşünasları  tərəfindən  hüquqi  şəxslərin  yaradılması 

ideyası  mözakirə  olunurdu.  Marsian,  Alfen,  Ulpian  və  digər  tanınmış  hüquqşünasların  sivilist  fikirlərində  bu 

ideya  əsaslandırılırdı.  Amma  hüquqi  şəxslərin  Romanın  iqtisadi  həyatındakı  əhəmiyyəti  böyük  deyildi.  Hətta 

Roma təsərrüfatının nisbətən inkişaf etdiyi, beynəlxalq ticarətin daha da canlandığı bir dövrdə hüquqi şəxslər 

mühüm rol oynaya bilməmişdir. Əsasən natural xarakter daşıyan təsərrüfat şəraitində ayrı cür də ola bilməzdi. 

Hətta Roma xüsusi hüququna «hüquqi şəxs» termininin özü də məlum deyildi. Roma hüquqşünasları tərəfindən 

hüquqi şəxs anlayışı işlənib hazırlanmamışdı. Onlar yalnız hüququn (əmlakın) fiziki şəxslərin yaratdıqları bir-

liklərə məxsus olması faktını etiraf etməklə kifayətlənirdilər.  

Lakin bunlara baxmayaraq, necə olursa-olsun, hüquqi şəxs ideyasının və konstruksiyasının yaradılması Ro-

ma xüsusi hüququnun mühüm xidmətlərindən biridir. Hüquqi şəxs anlayışı ilk dəfə olaraq məhz Roma hüququ 

tərəfindən yaradılmış və yeni xalqların hüququ tərəfindən qəbul edilmişdir. Qədim Roma hüquqşünaslarının si-

vilist fikirlərində xarici ölkələrin mülki hüquq nəzəriyyəsində və doktrinasında yaranmış «hüquqi şəxs nəzəriy-

yəsi» adlı konsepsiyanın rüşeymini görmək olur. Bu fikirlərin XIX əsrdə alman və fransız sivilistikasında hü-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin