2. Hüquqi şəxs konstruksiyasının funksiyaları (vəzifələri)
Hüquqi şəxs konstruksiyasının mahiyyəti bu konstruksiyanın yerinə yetirdiyi funksiyalarda (vəzifələrdə) tə-
zahür edir. Hüquqi şəxs anlayışını izah etmək üçün, hər şeydən əvvəl, bu funksiyaların məzmununa aydınlıq gə-
tirmək lazımdır. Həmin funksiyalar (vəzifələr) isə hüquqi şəxslərin hansı məqsəd üçün yaradılmasını ifadə edir.
Hüquqi şəxslər hansı məqsəd üçün yaradılır?
Mürəkkəb xarakterli təsərrüfat-sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iş adamlarının, sahibkarların öz
maddi vəsaitlərini, kapitallarını birləşdirməyi, bu və ya digər məqsədə çatmaq üçün iqtisadi (əmlak) dövriyyədə
kollektiv surətdə iştirak etməyi təkidlə tələb edir. Iqtisadi zərurətə çevrilən bu cür birləşmə və kollektiv iştirak
olmadan hər hansı bir fəaliyyətin həyata keçirilməsi mümkün deyil. Məlum məsələdir ki, müxtəlif şəxslərin
ə
lində kapitalın daüınıq, səpələnmiş və pərakəndə halında cəmləşməsi ayrı-ayrılıqda təsərrüfat fəaliyyətində bö-
yük effekt verə bilməz. Kapitalın bir əldə mərkəzləşməsi isə iri təsərrüfat vəzifələrinin həlli üçün əlverişli im-
kan yaradır. Ona görə də təsərrüfatçı şəxslər, iş adamları, sahibkarlar və s. özlərinin malik olduüu əmlakdan
müəyyən pay ayırırlar. Bu cür əmlak payı hesabına onlar öz kapitalları ilə birlikdə tam və bütöv «sosial orqa-
nizm» halında birləşirlər. Bunun nəticəsində yeni xüsusi xarakterli süni qurum — sosial fiqur meydana gə-
lir. O, mülki hüququn müstəqil subyekti — mülkiyyətçidir. Bu subyekt hüquqi şəxs adlanır. Deməli, iqtisadi
(əmlak) dövriyyədə kollektiv surətdə çıxış etmək üçün hüquqi şəxs konstruksiyası təsərrüfat adamlarına öz ka-
pitallarını birləşdirməyə imkan verən hüquqi forma olur. Beləliklə, kapitalları birləşdirmək bu konstruksiya-
Dostları ilə paylaş: |