mülki hüquq elmində həmin nəzəriyyə üstün və hakim konsepsiyaya çevrildi. Kollektiv nəzəriyyənin möv-
qeyi leqal cəhətdən də dəstəklənir. Həmin dövrlərdə qəbul edilən normativ aktlar onu qanunvericilik qaydasın-
da nəzərə alır. 1961-64-cü ilin mülki qanunvericiliyi hüquqi şəxsin anlayışı və dövlət təşkilatlarının hüquqları
haqqında normalar formulə edərkən məhz kollektiv nəzəriyyəyə əsaslanır.
Beləliklə, sovet sivilist doktrinasında üç əsas konsepsiya (dövlət nəzəriyyəsi, direktor nəzəriyyəsi, kollektiv
nəzəriyyə) işlənib hazırlanır ki, dövlət hüquqi şəxslərində insan substratının olması haqqında ideya bu nəzəriy-
yələrin hamısı üçün ümumi olub, onları birləşdirir. Şübhəsiz ki, həmin nəzəriyyələrdə hüquqi şəxsin müasir an-
layışının əsası qoyulmuşdur. Sovet sivilistlərinin əsas diqqəti dövlət hüquqi şəxslərinin hüquqi «şəxsiyyətinin»
öyrənilməsinə yönəlmişdi. Onların gəldikləri nəticələrin, söz yox ki, müasir dövrdə müəyyən elmi və metodolo-
æi qiyməti vardır. Bununla belə, aydın bir həqiqət və məlum məsələdir ki, komanda (sovet) iqtisadiyyatından ba-
zar iqtisadiyyatına keçid dövründə, dövlət mülkiyyəti inhisarına son qoyulduüu bir şəraitdə sovet konsepsiya və
nəzəriyyələri öz aktuallıüını itirir. Söhbət, hər şeydən əvvəl, kollektiv nəzəriyyədən gedir.
Hələ sovet dövründə hüquq ədəbiyyatı səhifələrində hüquqi şəxsin mahiyyətinin üstün kollektiv nəzəriyyə-
nin nəzərdə tutuduüu qaydadan fərqli yolla müəyyənləşdirilməsi fikri səslənirdi, yəni kollektiv nəzəriyyəyə qar-
ş
ı yeni konsepsiya qoyulurdu. Müəlliflərdən V.A.Raxmiloviç haqlı olaraq göstərirdi ki, hüquqi şəxsin insan
substratını və yaxud digər başqa hər hansı xüsusi substratını əsaslandırmaq və ya axtarmaq lazım deyil. ×ünki
onun hüquqlarını hüquqi şəxsin özü daşıyır.
Bazar münasibətləri şəraitində təsərrüfat subyektlərinin təşkilati-hüquqi forma cəhətdən yeni növləri əmələ
gəlir. Özü də onlar hüquqi şəxs hüququna malikdir. Məsələn, bizim ölkənin yeni mülki qanunvericiliyinə görə
bir təsisçi (iştirakçı) tərəfindən hüquqi şəxsin yaradılması mümkündür. Bu cür hüquqi imkan bir çox xarici öl-
kələrin qanunvericiliyində də nəzərdə tutulur. Xarici doktrinada bir təsisçinin (iştirakçının) yaratdığı hüquqi
şə
xsə «bir şəxsin kompaniyası» deyilir. Azərbaycan Respublikasının müasir mülki qanunvericiliyi müəyyən
153
edir ki, səhmdar cəmiyyəti bir şəxs tərəfindən də yaradıla bilər və ya bir şəxsdən də ibarət ola bilər (MM-in 98-
ci maddəsinin 5-ci bəndi). Bu cür halda hüquqi şəxsin insan substratından (kollektivdən) danışmaq nə dərəcədə
həqiqətə uyüundur? Bu suala cavab verərək göstərə bilərik ki, yalnız bir özvü olan korporasiyalarda (hüquqi
şə
xslərdə) insan substratı və kollektivi vacib rol oynamır. Bu isə onu sübut edir ki, bazar təsərrüfatı sistemində
kollektiv nəzəriyyə öz aktuallıüını itirir.
Bundan əlavə, bazar iqtisadiyyatı şəraitində bazar əmtəə dövriyyəsinin əhatə dairəsi daha da genişlənir, iqti-
sadi (əmlak) dövriyyə xeyli canlanır. Bu dövriyyə əmlak, əmtəə xarakterinə malikdir. Ona görə də burada özü-
nün əmlakı olan hüquqi şəxslər — müstəqil, asılı olmayan əmtəə-mal sahibləri çıxış edə bilər. Belə halda isə
kollektiv nəzəriyyənin əsasını təşkil edən kollektiv insan substratı yox, əmlak substratı ön plana keçir, daha
vacib və aktual əhəmiyyət kəsb edir.
Bazar təsərrüfatı şəraitində sovet dövrünün sivilistika doktrinasında formulə edilən iki elmi nəzəriyyə mü-
hüm rol oynayır. Bu nəzəriyyələrdən birini O.A.Krasavçikov işləyib hazırlamışdır. O, sosial əlaqələr nəzəriy-
Dostları ilə paylaş: |