Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə482/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   478   479   480   481   482   483   484   485   ...   1820
nəzəriyyəsi  idi.  Bartolun  fikrincə,  korporasiyada  hüququn  iki  qrup  subyekti  mövcuddur:  qondarma  və  saxta 

subyekt kimi korporasiyanın özü; real subyekt kimi korporasiyanın ayrı-ayrı özvləri. Korporasiyanın əmlakı öz-

rə səlahiyyət hər iki qrup subyektə məxsusdur. Bartol belə hesab edirdi ki, korporasiya bu əmlakın ali mülkiy-

yətçisi kimi, korporasiya özvləri isə müstəqil olmayan, asılı mülkiyyətçilər kimi çıxış edirlər.  

Fiksiya nəzəriyyəsi bir çox  yözilliklər hüquq ədəbiyyatının səhifələrində işıqlandırılan əsas məsələ olmuş-

dur. Bu nəzəriyyə xüsusən XIX əsrdə daha geniş yayılmışdır. Indiki dövrdə fiksiya nəzəriyyəsi müasir Qərb si-

vilistikasında dəbdə olan başlıca konsepsiyalardan biridir.  

Ümumiyyətlə, XIX əsr boyu hüquqi şəxslər, inqilabaqədərki tanınmış rus sivilisti I.A.Pokrovski demişkən, 




 

150


hüquq ədəbiyyatında ən sevimli mövzulardan biri olmuşdur. O dövrlər sivilistika elmini (doktrinasını) belə bir 

sual çox maraqlandırırdı: hüquqi şəxs adlandırılan bəzi sosial qurumların mülki (əmlak) dövriyyədə fiziki şəxs 

kimi, vahid real insan kimi subyekt rolunda çıxış etməsini necə və nə ilə izah etmək olar? Hüquqi şəxs kimi ta-

nınan bu qurumlar hüququn real subyekti kimi mövcuddurmu? Göstərilən bu suallara cavab vermək üçün XIX 

ə

sr ərzində bir sıra fundamental nəzəriyyə, konsepsiya və təlimlər yaradılmışdır 



Ilk  dəfə  olaraq  hüquqi  şəxs  haqqında  nəzəriyyəni  alman  tarixi  məktəbinin  tərəfdarları  işləyib  hazırlamaüa 

başlayırlar. Söhbət, hər şeydən əvvəl, XIX əsrin F-K.f.Savinyi və B.Vindşeyd kimi tanınmış alman sivilistlərin-

dən gedir. Onların alman sivilistika ədəbiyyatında əsaslandırdığı fundamental konsepsiya fiksiya nəzəriyyəsi 

adlanır. 

Fiksiya nəzəriyyəsinə görə hüquqi şəxslər təbiət tərəfindən yox, hüquq tərəfindən yaradılır. O, təbii yox, sü-

ni, dözəltmə və qondarma qurumdur. Həqiqətdə hüququn subyekti olmaq xüsusiyyətinə yalnız iradəsi, düşüncə-

si və şüuru olan insan malik ola bilər. Hüquqa malik olmaq qabiliyyəti hüquqi şəxslərə süni surətdə verilir. Hü-

quqa malik olmaq qabiliyyəti tamamilə dövlətin iradəsindən asılıdır. Ona görə də hüquqi şəxslər yalnız icazə 

qaydasında yaradılmalıdır. Madam ki, dövlət hüquqi şəxsləri yaradır, o da öz istəyi ilə onları ləğv etmək hüqu-

quna  malikdir.  Hüquqi  şəxslər  qanunvericinin  uydurduüu  hüquq  subyektidir.  O,  hüquqi  fiksiyadır,  reallıqdan 

uzaq olan mücərrəd anlayışdır. Bununla belə, praktiki məqsədlər üçün hüquqi şəxslər insan şəxsiyyətinin xüsu-

siyyətlərini təcəssüm etdirə, ifadə edə və canlandıra bilər. 

Fiksiya  nəzəriyyəsi  inqilabaqədərki  rus  mülki  hüquq  elmində  də  dəstəklənir.  O,  dövrün  D.I.Meyer, 

A.M.Qulyayev və G.F.Şerşeneviç kimi görkəmli sivilistləri hüquqi şəxslərin hüququn qeyri-real, uydurma sub-

yekti sayılması barədə fikirlər söyləyirdilər. G.F.Şerşeneviç yazırdı ki, hüquqi şəxslər müəyyən məqsədə çat-

maq üçün yaradılan süni dövriyyə subyektidir. 

XIX əsrdə irəli sürülən konsepsiyalardan biri məqsədli əmlak nəzəriyyəsi adlanır. Bu nəzəriyyəni alman si-

vilisti A.f.Brins əsaslandırmışdır. Həmin nəzəriyyə hüquqi şəxs xüsusiyyətinə malik olan real subyektin möv-

cudluüunu inkar edir. Onun mahiyyəti bundan ibarətdir ki, hüquqi şəxs «subyekt olmayan şəxsiyyətdir». Hüqu-

qi şəxs əmlak deməkdir. Özü də hər hansı subyektə məxsus olan əmlak yox. Elə bir əmlak ki, bu əmlak hüqu-

qun subyekti rolunu oynamaq məqsədi üçün ayrılır. Belə halda hüququn subyekti, ümumiyyətlə, lazım deyil. 

Belə ki, göstərilən halda hüququn subyekti rolunu məhz bu məqsəd üçün ayrılmış əmlak yerinə yetirir. Nə vaxta 

kimi hüququn subyekti rolunu oynamaq məqsədi mövcuddur, o müddətə qədər də hüquqi şəxs məqsədli əmlak 

(zweckvermögen) kimi qalır və saxlanır.  

XX əsrin əvvəllərində Fransa sivilistika doktrinasında kollektiv mülkiyyət və ya kollektiv əmlak adlı nəzə-

riyyə  irəli  sürülür.  Bu  nəzəriyyə  fransız  sivilisti  M.Planiol  tərəfindən  əsaslandırılmışdır.  Həmin  nəzəriyyənin 

mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxs yaradıldıqdan sonra onun əmlakı bütün kollektivin əmlakı olur. Bu 

kollektivi yaradan fərdlər (fiziki şəxslər) özlərini həmin kollektivin əmlakının hər hansı bir hissəsinin mülkiy-

yətçisi saya bilməzlər. Hüquqi şəxsin özü isə kollektivə məxsus olan əmlakın xüsusi qaydada idarə olunması 

üsuludur. Bu nəzəriyyə hüquqi şəxsi kollektiv əmlak sayaraq onun hüququn subyekti kimi mövcud olmasını in-

kar edirdi. 

Fiksiya nəzəriyyəsinə qarşı qoymaq üçün XIX əsrdə məşhur alman sivilist alimi R.f.Ierinq mənafe nəzəriy-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin