Məhkəmədə iddiaçı və ya cavabdeh olmaq imkanı kimi əlamət mülki hüquq elmində prosessual-hüquqi
yəni hüquqi şəxs statusu qazanması üçün qurumun mülki-prosessual münasibətlərdə subyekt rolunda çıxış et-
məsi imkanı ilə əlaqədardır. Mülki-prosessual qanunvericiliyə görə iddiaçı və ya cavabdeh yalnız mülki-proses-
149
sual hüquq subyektliyinə, yəni prosessual hüquq qabiliyyətinə və prosessual fəaliyyət qabiliyyətinə malik olan
şə
xslər ola bilər. Mülki-prosessual qanunvericilik hüquqi şəxs hüququna malik olan bütün qurumları həm pro-
sessual hüquq qabiliyyəti ilə, həm də prosessual fəaliyyət qabiliyyəti ilə (prosessual hüquq subyektliyi ilə) tə-
min edir. Belə çıxır ki, yalnız hüquqi şəxs hüququna malik olan qurum məhkəmədə iddiaçı və ya cavabdeh ola
bilər. Deməli, həmin əlamət həm mülki hüquq üçün, həm də mülki-prosessual hüquq üçün əhəmiyyət kəsb edir.
Mülki hüquq nəzərdə tutur ki, hüquqi şəxs kimi tanınması üçün qurumun mülki-prosessual hüquq subyektliyinə
(prosessual münasibətlərdə subyekt kimi iştirak etmək imkanına) malik olması gərəkdir. Mülki prosessual hü-
quq isə müəyyənləşdirir ki, yalnız hüquqi şəxs hüququ olan qurumlar prosessual hüquq subyektliyinə malikdir.
Beləliklə, hüquqi şəxsin əlamətini müəyyən etdikdən sonra ona anlayış verə bilərik. Bu, xarici ölkələrin sivi-
listika doktrinası ənənələrinə uyüundur. Xarici ölkələrin ya çoxunun mülki qanunvericiliyi, ümumiyyətlə, hüqu-
qi şəxsə anlayış vermir, ya da ki hüquqi şəxsə tərif verərkən ən adi və qısa formullarla kifayətlənir. Məsələn,
Almaniyanın Mülki Qanunnaməsində, Italiyanın Mülki Məcəlləsində və s. hüquqi şəxs anlayışının məzmunu
açıqlanmır. 1978-ci ilə kimi Fransa Mülki Məcəlləsi, ümumiyyətlə, bu anlayışı işlətmirdi. Buna görə də həmin
ölkələrin sivilistika doktrinası hüquqi şəxsin əlamətləri əsasında ona elmi anlayış verir. Bizim ölkə mülki qa-
nunvericiliyi hüquqi şəxsin leqal anlayışını nəzərdə tutur (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Buna əsaslana-
raq hüquqi şəxsə elmi (doktrinal) tərif verə bilərik.
Dostları ilə paylaş: