Z. Məhkəmdə iddiaçı və ya cavabdeh olmaq imkanı
Qurumun hüquqi şəxs kimi tanınması üçün lazım olan əlamətlərdən biri onun məhkəmədə iddiaçı və ya
cavabdeh olmaq imkanından ibarətdir. Hüquqi şəxs statusu olmayan qurumlar məhkəmədə iddiaçı və ya
cavabdeh qismində iştirak edə bilməzlər. Məsələn, müəssisənin filialının məhkəmədə iddiaçı və ya cavabdeh
rolunda çıxış etmək imkanı yoxdur. ×ünki o, hüquqi şəxs statusuna malik deyil.
Qurum subyektiv mülki hüququn daşıyıcı ola bilər. Bəzi hallarda bu hüquq digər şəxslər tərəfindən pozulur.
Qurum öz pozulmuş mülki hüquqlarını müdafiə etmək üçün iddia ilə məhkəməyə müraciət etmək hüququna
malikdir. Bu halda qurum iddiaçı qismində çıxış edir. Bu isə onu ifadə edir ki, hüquqi şəxs kimi tanınan quru-
mun məhkəmədə iddiaçı olmaq qabiliyyəti vardır.
Qurum subyektiv mülki hüquqlara malik olmaqla bərabər, həm də hüquqi vəzifələr daşıyır. Onun özərinə
mülki vəzifələr qoyula bilər. Bəzən qurum bu vəzifələri lazımınca icra edə bilmir, mülki hüquq pozuntusuna
yol verir. Məsələn, podrat hüquq münasibətində podratçı rolunda çıxış edən tikinti təşkilatı ona tapşırılmış bağ
evini tikmir. Başqa bir misalda daşıyıcı (nəqliyyat təşkilatı) yük göndərənin yükünü təyinat yerinə çatdırmır. Bu
cür təqsirli hərəkətləri ilə həm nəqliyyat təşkilatı, həm də tikinti təşkilatı öhdəliyi icra etmirlər. Buna görə də
həmin qurumlar müstəqil surətdə mülki-hüquqi (əmlak) məsuliyyət daşıyırlar. Belə ki, onlar hüququ pozulmuş
müqavilə iştirakçılarına vurduqları zərərin əvəzini ödəməlidirlər. Əgər onlar bunu könüllü surətdə ödəməzlərsə,
onda hüququ pozulmuş şəxslər iddia ilə məhkəməyə müraciət edirlər. Belə halda həmin qurumlar cavabdeh qis-
mində məhkəməyə cəlb edilirlər. Bu isə onu ifadə edir ki, hüquqi şəxs kimi tanınan qurumun məhkəmədə
Dostları ilə paylaş: |