sin özünün dövlət qeydiyyatına alınması ilə nizamnamə də qüvvəyə minir. Buna görə də təsisçilərin ni-
zamnaməni təsdiq etmələri nizamnamənin hüquqi əhəmiyyət kəsb etməsinə dəlalət etmir, yəni bu cür təsdi-
qetmə nizamnamənin dərhal qüvvəyə minməsinə səbəb olmur. Lazımdır ki, o, qeydiyyat orqanı tərəfindən təs-
diq olunsun.
Nizamnamədə dəyişikliklər edilə bilər. Bu barədə qərarı, adətən, ya hüquqi şəxsin ali orqanı, ya da təsisçi
qəbul edir. Bu dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Nizamnamədə edilən dəyişiklikləri hüquqi şəxsin
özünü dövlət qeydiyyatına alan orqan qeydiyyata alır. Məhz dövlət qeydiyyatına alındığı andan dəyişikliklər
üçüncü şəxslər üçün qüvvəyə minir.
Bəzi hallarda üçüncü şəxslər nizamnamədə dəyişikliklər edilməsi barədə məlumat əldə edir və bu dəyişiklik-
ləri nəzərə almaqla hərəkət edirlər. Belə olarsa, nə hüquqi şəxslər, nə də onların təsisçiləri (iştirakçıları) üçüncü
şə
xslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilərlər (MM-in 47-ci maddəsi-
nin 3-cü bəndi). Bu qayda üçüncü şəxslərin mənafeyini müdafiə edir. Belə ki, hüquqi şəxslər və onun təsisçiləri
(iştirakçıları) nizamnamədə dəyişikliklərin qeydə alınmadığına istinad etməklə öhdəliyin icrasından boyun qaçı-
ra bilməzlər.
Hüquqi şəxsin nizamnaməsinin hüquqi təbiəti barədə məsələ hüquq ədəbiyyatında ən zox mözakirə olunan
məsələlərdən biridir. Bu barədə müəlliflər bir-birindən fərqli öz müxtəlif fikir süyləyirlər. Bir qrup alimlərin
müvqeyinə görə, hüquqi şəxsin nizamnaməsi mülki-hüquqi müqavilədir; onlar nizamnaməyə müqavilə kimi
baxırlar. kinci qrup alimlər belə hesab edirlər ki, hüquqi şəxsin nizamnaməsi lokal xarakterli normativ akt-
Dostları ilə paylaş: |