Microsoft Word mulki huquq doc


Dövlət qeydiyyatı haqqında



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə532/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   528   529   530   531   532   533   534   535   ...   1820
Dövlət qeydiyyatı haqqında şəhadətnamə qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. 

Bu sənəd həm kommersiya hüquqi şəxsləri (kommersiya təşkilatları), həm də qeyri-kommersiya hüquqi şəxsləri 

(qeyri-kommersiya təşkilatları) özün verilir. Həmin sənəd təsdiqedici (sübutedici) funksiya yerinə yetirir.  

Hansı andan hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınmış hesab olunur? Qeyd et-

məliyik  ki,  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  onlar  barəsində  məlumatların  (qeydlərin)  hüquqi  şəxslərin 

dövlət  reyestrinə  daxil  edilmək  yolu  ilə  həyata  keçirilir.  Məhz  belə  məlumatlar  (qeydlər)  hüquqi  şəxslərin 

dövlət  reyestrinə  daxil  edildiyi  andan  hüquqi  şəxslər  dövlət  qeydiyyatı  alınmış  sayılır.  Hüquqi  şəxslər  dövlət 

qeydiyyatına alındığı andan isə onların mülki hüquq və fəaliyyət qabiliyyətləri eyni vaxtda yaranır. Odur ki, 

həmin andan hüquqi şəxslər mülki hüquqlara malik olmaq və mülki vəzifələr daşımaq, habelə onları (hüquq və 

vəzifələri) həyata keçirmək və icra etmək qabiliyyətli olurlar (MM-in 44-cü maddəsinin 1-ci bəndi). Buna görə 

də müvafiq məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan müraciət etmiş qurum 

hüquqi şəxs statusu əldə edir və mülki hüququn yeni subyekti kimi tanınır. 

Dövlət reyestri informasiya ehtiyatıdır. Burada hüquqi şəxsin adı (firma adı), hüquqi ünvanı, təşkilati-hü-

quqi forması, kommersiya təşkilatları özün VÜEN (vergi ödəyicinin eyniləşdirmə nümrəsi), qeyri-kommersiya 

təşkilatlarının qeydiyyat nümrəsi və digər məlumatlar əks olunur. Hər bir şəxs həmin məlumatlarla tanış ola bi-

lər. Bundan başqa, istənilən şəxsin qeydiyyat özün təqdim olunmuş sənədlərin surətini tələb etmək hüququ var-

dır. Bu o, deməkdir ki, qanunvericilik dövlət reyestrinin aşkarlığı prinsipindəçıxış edir. Bu prinsip həm də 

onda ifadə olunur ki, hər bir şəxs dövlət reyestrindən zıxarış tələb etmək hüququna malikdir. Dövlət reyestrin-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   528   529   530   531   532   533   534   535   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin