qi şəxs statusu almaq istəyən qurum deyilir. Bu orqanlardan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatına alın-
masında AR Vergilər Nazirliyi də iştirak edir. Belə ki, prezidentin fərmanı ilə AR Vergilər Nazirliyi sahibkarlıq
fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pənjərə prinsipi» özrə vahid dövlət qeydiyyat orqanı kimi müəyyən
edilir. Məqsəd ölkədə sahibkarlığın inkişafını sürətləndirmək, əlverişli biznes mühitini daha da artırmaq və bizne-
sə başlama qaydalarını sadələşdirməkdən ibarətdir. Vergilər Nazirliyi yalnız sahibkarlıq fəaliyyəti subyektlərini
dövlət qeydiyyatına alır. Sahibkarlıq fəaliyyəti subyektləri dedikdə isə əsasən və başlıca olaraq kommersiya təşki-
latları (kommersiya hüquqi şəxsləri) başa düşülür.
Hüquqi şəxslər dövlət qeydiyyatına müəyyən qayda əsasında alınır. Əvvəlcə müvafiq dövlət qeydiyyatı or-
qanlarına ərizə ilə müraciət olunur. Ərizə təsisçi tərəfindən, əgər təsisçi bir neçə şəxsdən ibarət olarsa, onlardan
biri tərəfindən imzalanır. Ərizənin təsisçinin (təsisçilərin) vəkil etdiyi şəxs tərəfindən imzalanması istisna edil-
mir, bu, mümkün olan haldır. Qanun buna yol verir. Ərizədə hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə
müraciəti ifadə olunur və aşağıdakılar göstərilir:
• təsiszi (təsiszilər) fiziki şəxs olduqda ― onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini
təsdiq edən sənədin nümrəsi və verilmə tarixi;
• təsiszi (təsiszilər) hüquqi şəxs olduqda ― onun (onların) adı, olduğu yer və qeydiyyat nümrəsi;
• ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda ― habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəx-
siyyətini təsdiq edən sənədin nümrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;
• müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlu-
matlar.
Digər
sənədlər də ərizəyə qoşulur və əlavə edilir:
• hüquqi şəxsin nizamnaməsi (nizamnamə təsiszi və ya təsiszilər tərəfindən təsdiq edilməlidir; təsiszinin
və ya təsiszilərin səlahiyyətli nümayəndəsi də onu təsdiq edə bilər);
• hüquqi şəxsin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərar bütün təsiszilər
tərəfindən imzalanmalıdır);
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• təsiszi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən zı-
Dostları ilə paylaş: |