Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyət
orqanına ərizə ilə müraciət etməsi və həmin ərizəyə lazımi sənədlərin qoşulması ilə bağlı yaranan münasibətlər
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunun 5-ci maddəsi ilə tənzimlənir.
Dövlət qeydiyyat orqanı baxılması özün dövlət qeydiyyatına alınmaq barədə ərizəni və ona qoşulan (əlavə
edilən) sənədləri qəbul edir. Bundan sonra həmin orqan tərəfindən onların qanunvericilik aktlarına uyğunluğu
və zidd olub-olmaması yoxlanılır. Yoxlama özün 30 günlük müddət müəyyən edilir. Yoxlama zamanı bəzən
lavə araşdırma aparılması zərurəti yarana bilər. Belə hallarda 30 günlük yoxlama müddəti daha 30 günə qədər
168
artırılır.
Təqdim olunmuş sənədlər qüsursuz olmalıdır. Əgər qeydiyyat orqanı sənədlərdə (sühbət hər şeydən əvvəl,
təsis sənədlərindən, yəni hüquqi şəxsin nizamnaməsindən və onun yaradılması barədə qərardan gedir) çatışmaz-
lıqlar özə zıxararsa, həmin sənədləri ərizə ilə müraciət edən şəxsin özünə qaytarır. O, həm də aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılması özün əlavə olaraq 20 gün müddət təyin edir. Bu müddət ərzində ərizə ilə
müraciət edən şəxs həmin çatışmazlıqları aradan qaldırmalıdır.
Sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan və ya təqdim edilmiş çatışmazlığı olmayan sə-
nədlər yoxlanıldıqdan sonra qeydiyyat orqanı mümkün olan iki alternativ qərardan birini qəbul edir:
• dövlət qeydiyyatına alınmasından imtina barədə qərar;
• dövlət qeydiyyatı haqqında şəhadətnamə verilməsi haqqında qərar.
Qeydiyyat orqanı yalnız qanunda nəzərdə tutulmuş hallarda qurumun dövlət qeydiyyatına alınmasından
Dostları ilə paylaş: