ması, özü də onu dərk etməyə imkan verən obyektiv (maddi obyekt) formasıdır. O, obyektiv olaraq
müvcud olan mülki hüququn strukturunun xarici ifadə formasıdır.
Mülki hüquq sisteminin ilkin elementi mülki hüquq normasıdır. Mülki qanunvericilik sisteminin ilkin elementi
isə normativ hüquqi aktdır. Bu akt isə maddələrdən təşkil edilmişdir. Əgər hüquq norması mülki hüququn məz-
mununa aid edilirsə, normativ aktın maddəsi mülki hüququn xarici ifadə forması hesab olunur. Hüquq norması isə
bəzi hallarda normativ aktın maddəsi ilə uyüun gəlmir.
Mülki qanunvericilik sistemi öz şaquli strukturuna görə mülki hüququn şaquli strukturundan fərqlənir. Belə
ki, mülki qanunvericilik sisteminin şaquli strukturu normativ hüquqi aktların hüquqi qüvvəsinə uyüun olaraq
qurulur. Mülki hüququn sisteminin şaquli strukturu isə belədir: mülki hüquq normaları, hüquq institutları və ya-
rımsahələr.
Mülki hüququn sistemi ilə mülki qanunvericilik sistemi müstəqil kateqoriyalar olsa da, onlar bir-biri ilə sıx
surətdə bağlıdır. Onlar mülki hüquq adlı eyni bir hadisənin (mülki hüquq sahəsinin) iki tərəfi və aspektidir: biri
onun məzmunu, digəri isə formasıdır. Fəlsəfə elmi öyrədir ki, dünyada müxtəlif formalarda təzahür etməyən,
ifadə olunmayan məzmun yoxdur. Dünyada həm də elə forma da müvcud deyil ki, o, özündə məzmun haqqında
bu və ya digər məlumat verməsin. Formasız məzmun yoxdur. Forma məzmunun dərk olunması üçün zəruridir.
Buna görə də deyə bilərik ki, mülki hüquq mülki qanunvericilik olmadan müvcud ola bilməz. Mülki
qanunvericilik isə sözün geniş mənasında mülki hüquq deməkdir.
Bununla belə, mülki qanunvericilik sistemi «mülki hüquq elminin (sivilistika elminin) sistemi» və «mülki
hüquq tədris kursunun (tədris fənninin) sistemi» ilə üst-üstə düşmür. Mülki hüquq elminin sistemi, habelə mül-
ki hüquq tədris kursu (tədris fənni) elə bölmələr tanıyır ki, mülki qanunvericilik sistemində bu cür bölmələr
yoxdur və ola da bilməz. Məsələn, mülki hüququn anlayışı, mülki hüququn mənbələri, mülki hüquq münasibət-
ləri və digər bölmələr mülki qanunvericilik sistemində nəzərdə tutulmur.
24
Mülki qanunvericilik sisteminin həm nəzəri, həm də mühüm praktiki əhəmiyyəti vardır. Ələlxüsus da nor-
mativ hüquqi aktların tətbiqi zamanı bu sistem vacib rol oynayır. Belə ki, hüquqtətbiqetmə təcrübəsində eyni
cür məsələni bir-birindən fərqli qaydada həll edən, biri digəri ilə ziddiyyət təşkil edən müxtəlif normativ aktlara
rast gəlinir. Qanunvericilik texnikasının qeyri-mükəmməl, mülki qanunvericilik aktlarının çoxsaylı olduüu bir
şə
raitdə bu cür hallarla qarşılaşmaq mümkündür. Onda belə bir sual meydana çıxır: müvafiq hüquqi məsələyə
aralarında ziddiyyət olan iki müxtəlif normativ hüquqi aktdan hansı tətbiq ediləcəkdir? Bu cür halda mülki
qanunvericilik sistemi bizim köməyimizə gəlir. Belə ki, dərhal bu sistemə bir daha diqqət və nəzər yetirmək la-
zımdır. Göstərilən məqamda həmin məsələni dözgün həll etmək üçün mülki qanunvericilik sistemində şaquli is-
tiqamətdə daha yuxarıda yer tutan normativ hüquqi aktdan istifadə olunacaqdır. Ona görə ki, yuxarıda yer tutan
normativ akt özündən sonra gələn akta nisbətən daha yüksək hüquqi qüvvəyə malikdir.
Dostları ilə paylaş: |