Ümumi hüquq özrə hüquqi şəxslər dedikdə, hakimiyyət aktı əsasında yaradılan və hakimiyyət səlahiyyət-
lərinə malik olan qurumlar başa düşülür. Dövlət orqanları bu növ hüquqi şəxslərə aiddir. Almaniya hüquq ədə-
biyyatında həmin növ hüquqi şəxslərə dövlət (dövlət idarələri yox), ijmalar, idarələr, korporasiyalar, fondlar və
s. daxil edilir. Yaponiya mülki hüququna görə, dövlət-hakimiyyət funksiyasını icra edən ərazi korporasiya or-
qanları, bələdiyyə korporasiyaları və s. bu kateqoriya hüquqi şəxslərə aiddir. Xüsusi hüquq özrə hüquqi şəxs
isə xüsusi hüquq subyektləri tərəfindən xüsusi-hüquqi akt (nizamnamə və ya təsis aktı) əsasında yaradılır və ha-
kimiyyət funksiyasını yerinə yetirmirlər. Almaniya hüquq doktrinasında bu növdən olan hüquqi şəxslər iki qru-
pa bülünür: mülki hüququn şəxslərinə (cəmiyyətlər, fondlar); ticarət və korporativ hüququnun şəxslərinə (səhm-
dar cəmiyyətləri, kommandit ortaqlıqlar, məhdud məsuliyyətli cəmiyyətlər, təsərrüfat kooperativləri, sığorta
cəmiyyətləri və s.).
Ə
Dostları ilə paylaş: |