mək və kapitalın iştirak dərəcəsinə və ya üstün iştirakına görə dünya ölkələrinin qanunvericiliyi hüqu-
qi şəxsləri iki növə bölür:
●
şəxslərin birliyinə;
●
kapitalların birliyinə.
Şə
xslərin birliyi elə hüquqi şəxsdir ki, onun iştirakçıları (özvləri) mənfəət əldə etmək məqsədilə təsərrüfat
fəaliyyətində şəxsi əməyi ilə iştirak edirlər və birliyin öhdəliklərinə görə birgə məsuliyyət daşıyırlar. Məsələn,
kontinental (roman-german) hüququn nəzərdə tutuduüu tam ortaqlıq, amerikan hüququndakı ortaqlıq və s. bu
növ hüquqi şəxsə misaldır.
Kapitalların birliyi elə hüquqi şəxsdir ki, onun iştirakçıları mənfəət əldə etmək məqsədilə təsərrüfat fəaliy-
yətində özlərinin kapitalları ilə iştirak edirlər. Bu birliklərin operativ fəaliyyətini xüsusi yaradılan orqanlar hə-
yata keçirirlər. Onlar öz öhdəliklərinə görə özləri məsuliyyət daşıyırlar. Həmin növ hüquqi şəxslərə kontinental
(roman-german) hüququn nəzərdə tutduüu məhdud məsuliyyətli cəmiyyəti və səhmdar cəmiyyətini, ABŞ hüqu-
qu özrə korporasiyanı, ingilis hüququ özrə xüsusi və ümumi kompaniyaları misal göstərmək olar.
Azərbaycan Respublikasının mülki qanunvericiliyi və sivilistika doktrinası hüquqi şəxslərin müxtəlif növlərə
bölünməsinə xüsusi diqqət yetirir. Hər şeydən əvvəl, mülkiyyət forması kimi əlamətə (meyara) görə hüquqi
şə
xslərin dörd növü fərqləndirilir:
●
dövlət hüquqi şəxsləri;
●
bələdiyyə hüquqi şəxsləri;
●
qeyri-dövlət (xüsusi) hüquqi şəxsləri;
●
qarışıq hüquqi şəxslər.
Dostları ilə paylaş: |