Iştirakçıların (təsisçilərin) malik olduqları hüququn xarakterinə görə hüquqi şəxslərin üç növü fərqlən-
dirilir:
●
təsisçilərinin (iştirakçılarının) öhdəlik hüququna malik olduqları hüquqi şəxslər;
●
təsisçilərin (iştirakçıların) əmlak barəsində əşya hüququna (mülkiyyət hüququna və məhdud əşya hüququ-
na) malik olduqları hüquqi şəxslər;
●
təsisçilərin (iştirakçıların) əmlak hüququna malik olmadığı hüquqi şəxslər.
Təsisçilərin (iştirakçıların) öhdəlik hüququna malik olduqları hüquqi şəxslər odur ki, təsisçilər (iştirak-
çılar) həmin şəxslərə verdikləri əmlak özərində mülkiyyət hüququnu itirirlər və bunun əvəzində onlar öhdəlik
hüququ, yəni hüquqi şəxsdən tələb etmək hüququ əldə edirlər. Məsələn, təsisçilərin (iştirakçıların) hüquqi şəx-
sin mənfəətindən müəyyən bir hissənin verilməsini və ya hüquqi şəxs ləğv edildiyi halda kreditorların borcları
ödənildikdən sonra yerdə qalan əmlakın bir hissəsinin verilməsini və ya onun əvəzinin ödənilməsini tələb etmək
hüququ vardır. Təsisçilərin (iştirakçıların) hüquqi şəxsin yaradılmasına maya kimi qoyduqları əmlak, həmin hü-
quqi şəxsin mülkiyyətinə keçir. Bu cür hüquqi şəxslərə misal olaraq təsərrüfat ortaqlıqlarını və cəmiyyətlərini
(tam ortaqlıüı, kommandit ortaqlıüı, səhmdar cəmiyyətini, məhdud məsuliyyətli cəmiyyəti və s.), istehsal koo-
perativini, istehlak kooperativini misal göstərmək olar.
Dostları ilə paylaş: |