Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə595/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   591   592   593   594   595   596   597   598   ...   1820
Təsisçilərin (iştirakçıların) şəxsi əmək və kapitallarının iştirak və ya üstün iştirak dərəcəsinə görə hü-

quqi şəxslər iki növə bölünür:  

 təsərrüfat ortaqlıqlarına;  



 təsərrüfat cəmiyyətlərinə. 



Təsərrüfat ortaqlıqları o hüquqi şəxslərdir ki, bu hüquqi şəxslərin fəaliyyətində təsisçilər (iştirakçılar) öz 

şə

xsi əməkləri ilə iştirak edirlər. Məsələn, tam ortaqlıq bu növ hüquqi şəxslərə misaldır.  



Təsərrüfat cəmiyyətləri isə elə hüquqi şəxslərdir ki, bu hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) onların fə-

aliyyətində öz əməkləri ilə yox, kapitalları ilə, maddi vəsaitləri ilə iştirak edirlər. Məsələn, səhmdar cəmiyyətini 

bu növ hüquqi şəxsə misal göstərmək olar.  

Təşkilati-hüquqi formasına görə hüquqi şəxslər dörd növə bölünür:  



 

186


 təsərrüfat ortaqlıqları və cəmiyyətləri formasında hüquqi şəxslər; 

 kooperativ formasında hüquqi şəxslər;  



 dövlət və bələdiyyə müəssisələri formasında hüquqi şəxslər; 

 qeyri-kommersiya təşkilatları — mülkiyyətçi formasında yaradılan hüquqi şəxslər (ictimai və dini təşkilat-



lar, fondlar, hüquqi şəxsin ittifaqları və s.).  

Və nəhayət, hüquqi şəxslər fəaliyyət məqsədi və xarakteri kimi əsasa (meyara) görə təsnif edilir. Bu əsasa 

görə bütün hüquqi şəxslər iki növə bölünür:  

 kommersiya təşkilatlarına; 



 qeyri-kommersiya təşkilatlarına. 

Qeyd etmək lazımdır ki, bu, hüquqi şəxslərin təsnifinin əsasını təşkil edərək daha geniş xarakter daşıyır və 

iqtisadi  (əmlak)  dövriyyənin  bütün  sferasını  əhatə  edir.  Bu  təsnif  həm  sahibkarlıq  münasibətlərində,  həm  də 

qeyri-sahibkarlıq münasibətlərində çıxış edən bütün hüquqi şəxslərin dairəsini müəyyənləşdirməyə imkan verir. 

Məhz bu səbəbdən mülki qanunvericilik həmin təsnifə xüsusi əhəmiyyət verir (MM-in 43-cü maddəsinin 5-ci 

bəndi).  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   591   592   593   594   595   596   597   598   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin