kinci fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat ortaqlıüının fəaliyyətində və işində təsisçinin (iştirakçının,
tam ortaüın) şəxsi əməyi ilə iştirak etməsi tələb olunur. Belə halda təsisçinin (tam ortaüın) başqa ortaqlıqda
iştirak etmək imkanı istisna olunur (bir əldə iki qarpız tutmaq məsələsi). Məlum məsələdir ki, müvafiq şəxsin
eyni vaxtda iki təsərrüfat ortaqlığında şəxsi fəaliyyəti və əməyi ilə iştirak etməsi mümkün deyil. Bu səbəbdən
şə
xs (təsisçi) tam ortaq qismində yalnız bir ortaqlıüın iştirakçısı ola bilər (MM-in 69-cu maddəsinin 2-ci
bəndi, 82-ci maddəsinin 3-cü bəndi). Bu, həm də onunla izah olunur ki, təsərrüfat ortaqlıüı iştirakçısı (tam or-
taq) ortaqlıüın öhdəliklərinə görə qeyri-məhdud məsuliyyət daşıyır. Belə ki, iştirakçı (tam ortaq) ortaqlıüın
öhdəliklərinə (borclarına) görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir (MM-in 69-cu maddəsinin 1-ci
bəndi, 82-ci maddəsinin 1-ci bəndi). Bu, o deməkdir ki, əgər ortaqlıüın kreditorlara borcu yarandıqda və bu
borcun ödənilməsi üçün ortaqlıüın xüsusi əmlakı və şərikli kapitalı kifayət etmədikdə, onda kreditorların tələbi
tam ortaüın (iştirakçının) şəxsi əmlakı (məsələn, yaşayış evi, nəqliyyat vasitəsi və s.) hesabına təmin olunur.
Belə təsəvvür yaranır ki, iştirakçı (tam ortaq), mahiyyətcə, öz özərinə yaratdığı təsərrüfat ortaqlıüının müəyyən
kreditorlara mümkün ola biləcək borclarını ödəməsi üçün öz şəxsi əmlakı hesabına öhdəlik götürür. Odur ki, sa-
hibkarlıq (əmlak) riski böyükdür və belə halda eyni əmlak hesabına tam ortaüın (iştirakçının) digər müstəqil
kreditorları qarşısında onların mümkün borclarını ödəməsi barədə öhdəlik götürməsi yolverilməzdir.
Göstərilənlərdən fərqli olaraq, şəxs eyni vaxtda bir neçə təsərrüüfat cəmiyyətinin iştirakçısı ola bilər.
Bu, onunla izah olunur ki, şəxsin təsərrüfat cəmiyyətinin işində və fəaliyyətində şəxsi, bilavasitə əməyi ilə yox,
ə
mlakı ilə, kapitalı ilə, maddi vəsaiti ilə iştirak etməsi tələb olunur. Digər tərəfdən təsərrüfat cəmiyyətinin işti-
189
rakçısı qeyri-məhdud məsuliyyət daşımır. Məsələn, təsərrüfat cəmiyyətinin növləri olan məhdud məsuliyyətli
cəmiyyətin və səhmdar cəmiyyətinin iştirakçıları cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir. Bundan əlavə,
məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı kreditorların borclarını qoyduüu əmlak payının (mayanın) dəyəri
həddində, səhmdar cəmiyyətinin iştirakçısı isə ona məxsus olan səhmlərin dəyəri həddində ödəyir. Onlar bu
həddən çox olan borc hissəsini ödəmirlər.
Bax, bu xüsusiyyət təsərrüfat cəmiyyətləri ilə təsərrüfat ortaqlıqlarını ayırmaüa imkan verən üçüncü fərqli
Dostları ilə paylaş: |