cəmiyyətinin təsisçiləri (iştirakçıları) olmaq hüququna malikdir (MM-in 64-cü maddəsinin 7-ci bəndi). Mə-
sələn, tam ortaqlıq səhmdar cəmiyyəti yaradır. Başqa bir misalda üç müxtəlif səhmdar cəmiyyəti tam ortaqlıq
yaradırlar. Bəzi hallarda MM-də müvafiq qurumun təsisçi (iştirakçı) olmaq hüququ istisna edilir. Məsələn,
səhmdar cəmiyyətinin yeganə iştirakçısı təkcə bir təsərrüfat cəmiyyətindən ibarət ola bilməz (MM-in 98-ci
maddəsinin 5-ci bəndi).
Beşincisi, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həm təsərrüfat ortaqlıqları, həm də təsərrüfat
cəmiyyətləri dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən təsis edilə bilməz (MM-in 64-cü
maddəsinin 6-cı bəndi). Belə ki, həmin orqanlar kommersiya və sahibkarlıq dövriyyəsində, bir sözlə, əmlak (iq-
tisadi) dövriyyəsində iştirak etmək məqsədi ilə yaradılmır. Buna görə də mülki qanunvericilik həmin orqanların
təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilmələrini qadaüan edir.
Altıncısı, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həm təsərrüfat cəmiyyətləri, həm də təsərrüfat
ortaqlıqları, bir qayda olaraq, qabaqcadan icazə
Dostları ilə paylaş: |