alınmadan normativ üsulla yaradılır. Qabaqcadan icazə al-
maq üsulu onların əmələ gəlməsi üçün xarakterik deyil.
Bununla bərabər, təsərrüfat ortaqlıqları ilə təsərrüfat cəmiyyətləri arasında mühüm fərqli cəhətlər də vardır.
Birinci fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat ortaqlıqları, Almaniya qanunvericilik ənənələrinə uyüun ola-
raq, təsərrüfatçı şəxslərin — iş adamlarının, biznesmenlərin, sahibkarların və kommersantların birliyi-
dir. Onlar elə hüquqi şəxslərdir ki, burada təsisçilər (iştirakçılar) nəinki əmlak payları ilə, həm də bilavasitə
şə
xsi əməyi ilə, şəxsi fəaliyyəti ilə iştirak edirlər. Məhz buna görə də iştirakçıların təsərrüfat (sahibkarlıq) fəa-
liyyəti ilə birgə məşüul olmaları tələb edilir.
Təsərrüfat ortaqlıqları dedikdə, birgə təsərrüfat (sahibkarlıq) fəaliyyəti ilə məşüul olmaq üçün bir neçə sahib-
kar şəxsin hüquqi şəxs statuslu birliyi başa düşülür.
Təsərrüfat cəmiyyətləri isə, Almaniya mülki qanunvericilik ənənələrinə uyüun olaraq, kapitalların birliyi-
dir. Başqa sözlə, bu cəmiyyətlər istehsal vasitələrinin, maddi vəsaitlərin, əmlakın birliyidir. Onlar hüquqi şəxs
statuslu elə təşkilatlardır ki, burada təsisçilər (iştirakçılar) yalnız əmlak payları ilə iştirak edirlər: təsisçilərin
(iştirakçıların) burada şəxsi əməyi və şəxsi fəaliyyəti ilə iştirak etmələri tələb olunmur. Bu, təsisçilərin (iştirak-
çıların) vəzifə borcu hesab edilmir.
Təsərrüfat cəmiyyətləri dedikdə, hüquqi şəxs statuslu elə təşkilatlar başa düşülür ki, bu təşkilatlar təsərrüfat
(sahibkarlıq) fəaliyyəti ilə məşüul olmaq məqsədi ilə bir və ya bir neçə şəxsin əmlakının birləşdirilməsi yolu ilə
yaradılır.
Dostları ilə paylaş: |