xalq hüququn əsas prinsiplərindən biridir. Bu prinsip dövlət suverenliyi prinsipindən irəli gələrək mahiyyətcə
onu konkretləşdirir. 1970-ci il Deklarasiyasında və 1974-cü il Xartiyasında ifadə olunan həmin prinsipin mahiy-
34
yəti ondan ibarətdir ki, hər bir dövlət özünün bütün təbii və digər resursları və sərvətləri özərində tam və daimi
suverenliyə malik olub, bu resurslardan istifadə reæimini (xarici şəxslərə konsessiyaya və icarəyə verməyi, bir-
gə müəssisələr yaratmaüı və s.) özü müəyyən edir, onun iqtisadi fəaliyyəti həyata keçirməkdə suveren hüququ
vardır. Hər bir dövlətin xarici investisiyaları tənzimləməyə və ona nəzarət etməyə ixtiyarı çatır. Investisiyaların
reæimini dövlət özü müəyyən edir. Hər bir dövlətin milliləşdirmə hüququ vardır. Belə halda o, öz qanunları
ə
sasında müvafiq kompensasiya ödəyir. Istənilən hər hansı bir dövlətə onun öz təbii resurslarına olan hüquqları-
nın həyata keçirilməsinə maneçilik törədilə bilməz. Hər bir dövlətin təbii və digər resurslardan istifadə etməyə
görə tam kompensasiya almaq, habelə bu resurslara vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ
vardır. Göstərilən prinsipin əsas cəhətləri bunlardan ibarətdir. Onun mülki hüquq normalarının tətbiqi üçün bö-
yük rola malik olması hər hansı mübahisə doüura bilməz.
Dostları ilə paylaş: