Inkişaf Bankının sazişləri və konvensiyalarının normaları Azərbaycan Respublikasının bütün ərazisində 19 av-
razılaşma, saziş) qoşulmuşdur. Söhbət Ümumdünya Intellektual Mülkiyyət Təşkilatını təsis edən konvensiya-
dan (1967), Müəlliflik hüququ haqqında Ümumdünya Cenevrə konvensiyasından (1952), Sənaye mülkiyyətinin
33
qorunması özrə Paris konvensiyasından (1883), Ədəbi- bədii əsərlərin qorunması haqqında Bern konvensiyasın-
dan (1886) gedir. Azərbaycan Respublikası bu dörd mühüm konvensiyanın iştirakçısı və özvüdür. Həmin kon-
vensiyaların əqli mülkiyyət obyektlərinin, yəni yaradıcı fəaliyyətin nəticələrinin istifadəsi və qorunması ilə bağ-
lı əmələ gələn ictimai münasibətlərin tənzimlənməsində rolu böyükdür. Bu konvensiyalar mülki hüququn mən-
bəyi hesab edilir.
Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq nəqliyyat saziş və konvensiyaları mülki hüququn mənbəyidir. Söhbət,
hər şeydən əvvəl, Beynəlxalq yük daşıması müqaviləsi haqqında konvensiyadan (1956, Cenevrə), Beynəlxalq
hava daşımalarına aid konvensiyadan (1929, Varşava) və digərlərindən gedir.
Beynəlxalq müqavilələrin əksər müddəaları Azərbaycan Respublikasının MM-i və digər mülki
qanunvericilik aktları tərəfindən qəbul və iqtibas olunmuşdur. Belə ki, Beynəlxalq mal alqı-satqı müqaviləsi ba-
rədə Vyana konvensiyasının (1980) normaları MM-in «Alqı-satqı haqqında» 29-cu fəslinin 1-ci §-da, Beynəl-
xalq faktorinq haqqında Ottava konvesiyasının (1988) qaydaları MM-in 29-cu fəslinin «Faktorinq» adlı 7-ci §-
da, Beynəlxalq maliyyə lizinqi haqqında Ottava konvensiyasının (1988) müddəaları MM-in «Lizinq» adlı 38-ci
fəslində Sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyasının normaları «Patent haqqında» qanun-
da, Ədəbi-bədii əsərlərin qorunması barədə Bern konvensiyası və Müəlliflik hüququ haqqında Ümumdünya
Cenevrə konvensiyasının qaydaları «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunda ifadə olunmuş-
dur. Konosament haqqında bəzi qaydaların unifikasiya edilməsi barədə Brüssel konvensiyasının (1924), dənizlə
yük daşınması haqqında Hamburq konvensiyasının (1978) əsas müddəaları Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində nəzərə alınmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının mülki
qanunvericiliyi sivil və qabaqcıl beynəlxalq təcrübəyə uyüunlaşır və yaxınlaşır.
Dostları ilə paylaş: