§ 3. Mülki hüququn digər mənbə növləri
1. Beynəlxalq müqavilələr mülki hüququn mənbəyi kimi
Yeni Mülki Məcəllə beynəlxalq hüquq aktlarını mülki hüququn mənbə növlərindən biri kimi nəzərdə tutur.
Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən gedir. Bu müqavilələr mülki
hüququn mənbələri arasında xüsusi mövqeyə malikdir. Onların adı və forması müxtəlif ola bilər: konvensiya;
pakt; müqavilə; saziş; nizamnamə; statut; protokol; məktublarla və ya notalarla mübadilə və s. Lakin bu cür ad-
lar müqavilənin mahiyyətinə təsir göstərmir.
Beynəlxalq müqavilə dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qa-
nunda nəzərdə tutulmuş qaydada yazılı şəkildə bağlandığı razılaşma başa düşülür. Müqavilə bağlamaq prosedu-
rası «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları
haqqında» 13 iyun 1995-ci il tarixli qanunla müəyyənləşdirilir. Deməli, beynəlxalq müqavilə dövlətlər və bey-
nəlxalq hüququn digər subyektləri arasında bağlanan saziş deməkdir. O, müqavilə iştirakçıları üçün hüquq və
vəzifələr əmələ gətirir. Beynəlxalq müqavilələr onları bağlayan orqanlardan asılı olaraq üç cür olur: dövlətləra-
rası beynəlxalq müqavilələr; hükumətlərarası beynəlxalq müqavilələr; idarələrarası beynəlxalq müqavilələr.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr mülki hüququn nizama-
salma predmetinə daxil olan ictimai münasibətlərə birbaşa (bilavasitə) tətbiq edilir (MM-in 3-cü maddəsinin 1-
ci bəndi). Ona görə ki, bu müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsi-
dir.
Özü də mülki hüququn mənbəyi kimi beynəlxalq müqavilələr mülki qanunvericilik aktlarından daha yüksək
hüquqi qüvvəyə malikdir. Bu, onu ifadə edir ki, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda
beynəlxalq müqavilənin normaları tətbiq edilir (MM-in 3-cü maddəsinin 2-ci bəndi). Bu qayda mülki
qanunvericilik sisteminə daxil olan bəzi normativ hüquqi aktlara münasibətdə rol oynamır. Söhbət mülki
qanunvericilik sisteminin tərkib hissələri olan Konstitusiyadan və referendumla qəbul edilən aktlardan gedir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq (dövlətlərarası) müqavilələr həmin aktlardan yüksək
hüquqi qüvvəyə malik deyil. Belə ki, ziddiyyətli məqamlarda, müvafiq münasibətə beynəlxalq müqavilələr yox,
Konstitusiya və referendumla qəbul edilən aktlar tətbiq edilir.
Yerdə qalan normativ aktlarla — milli qanunvericiliklə beynəlxalq müqavilələr arasında ziddiyyət (kollizi-
ya) əmələ gələrsə, onda beynəlxalq müqavilələr prioritetə (üstünlüyə, birinciliyə) malikdir.
Bununla belə, bir çox hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqa-
vilələr mülki hüquqla tənzimlənən ictimai münasibətlərə bilavasitə, yəni birbaşa tətbiq edilmir. Bu müqavilələ-
rin tətbiq olunması üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi lazım gəlir. Buna transformasi-
Dostları ilə paylaş: |