Bu qaydaya görə, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının bütün normativ aktları
dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Məsələn, Prezident yanında Qiymətli Kaüızlar özrə
Dövlət Komitəsinin 01 saylı 3 yanvar 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş «Bütün növ qiymətli kaüızlarla
rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması qaydaları» 11 yanvar 2000-ci il ta-
rixində (qeydiyyat № 207), 80 saylı 21 dekabr 1999-cu il tarixli «Azərbaycan Respublikasında bütün növ lote-
31
reyaların buraxılışı, təşkili və keçirilməsi qaydaları» 29 dekabr 1999-cu il tarixində (qeydiyyat № 204) Ədliyyə
Nazirliyində qeydiyyata alınmışdır.
Mərkəzi icra hakimiyyəti orqanlarına Ədliyyə Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, Iqtisadi Inkişaf Na-
zirliyini, Maliyyə Nazirliyini, Dövlət Tikinti və Arxitektura Komitəsini, Müəllif Hüquqları Agentliyini, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və s. misal göstərmək olar. Bunların qəbul etdikləri normativ aktlar
özündə kifayət qədər xeyli mülki hüquq normaları ifadə edir. Onlara çoxlu misallar çəkə bilərik. Mülki hüquq
normaları əks etdirdiyinə görə həmin aktlar mülki qanunvericilik sisteminə daxildir.
Dostları ilə paylaş: