Bədii təsvir vasitəsilə dinləyicidə maraq oyadan form ullar
1.18. Bu tacirin varı dövləti, necə deyərlər, yer batırırdı
(31,247).
1.19. Siman da tez atıb gürzə, bir nərə çəkdi ki, nərəsindən
göydə quş qanad saldı (31, 57).
1.20. At iki əlləri üstündə qalxdı göyə, ucadan bir kişnədi,
elə götürüldü ki, elə bil ox yayından çıxıb, bir göz qırpımında
gözdən itdi (31, 352).
1.21. Əmiraslan bunu görcək bir nərə çəkdi ki, qapını
sındırıb özünü vurdu dəryayi-ləşkərə, bir cəngi-məğlubə oldu ki,
ruzigarın gözü belə şey görməmişdi (36, 281).
1.22. Mənə elə bir qamçı çəkərsən ki, yeddi qat qarnımın
altından gön qalxar, yeddi qat da sənin ayağının (74, 153).
1.23. Bir qışqırıq qopdu ki, elə bil ki, yerin göbəyi çatlayır
(31, 123).
161
|