Türkiyə variantları
1.16. Günlerce süren hazırlıklardan sonra padişah küçtik
kızına öyle bir düyün yapmış ki, yedi iklim dört bucakda dillere
destan olmuş (99, 97).
1.17. Boşa koymuş, dolmamış, doluya koymuş almamış
(84, 42).
1.18. Hele o gece öyle bir dügün yaparlar, öyle bir dügün
yaparlar ki, bunu da akıllar almaz, kambur felek bir yana, dünya
bile bir yaşma daha girer (84,236).
Qəhrəmanın fəaliyyəti ilə xaricən bağlı olan form ullar
1.24. Hatəm çəkib çarığın dabanını, qırıb yerin amanını,
günə bir mənzil, teyyi mənazil, nağıllarda mənzil olmaz. A z
getdi, üz getdi, dərə-təpə düz getdi, bir neçə gündən sonra gəldi
çıxdı həmin dərvişin nişan verdiyi yerə (38, 25).
1.25. Mələk xanım yayılıb atın belinə, dərələrdən sel k im i,
təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz
qabırğada budu özünü yetirdi öz şəhərinə (37, 240).
1.26. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sər
sər kimi, ayaq üzəngidə, diz qabırğada, piyadasm piyada, atlısın
atlı, hamını qoyub yolda, quşdan yeyin, tazıdan yüyürək, neçə
mənzil yol gedib, necə mənzil eyləyib, axır gəlib çatdı Rum şə
hərində... (31, 281).
1.27. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sər
sər kimi, ha gedib, hu gedib yeddi aydan sonra gəlib çıxdı b ir
yerə (31, 300).
1.28. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-
sərsər kimi, az getdi, üz getdi, dərə təpə düz getdi. Orada ayla,
illə, burada müxtəsər dillə, başladı, şəhərbəşəhər, kəndbəkənd
soraqlaşıb gəzməyə (33, 95).
1.29. Çox getdi, az getdi, orada deyildim, hesablayaydım,
axır gəlib çıxdı bir şəhərə (24,114).
1.30. Nə qədər yol getdi, deyə bilmərəm, ancaq axşam qa
ranlıq düşə-düşə tüstüyə yetişdi (24, 135).
1.31.
Az gedib, çox dayandı, bulaqlardan bir oymaq su içib,
iynə yarım yol gedəndən sonra özünü çatdırdı İsfahana (39, 118).
1.32. Yeddi gün, yeddi gecə yol gedənnən sonra gəlib çıx
dılar həmin yeddi yolun ayrıcına (27, 74).
1.33. Beləliklə, tamam qırx gün, qırx gecə yol getdilər, ta
ki, gəlib çıxdılar Gülüstani-İrəmin sərhəddinə (25, 34).
1.34. Bəli, gəmi düşdü dəryanın içinə, gecəni günüzə qatdı,
günüzü gecəyə, on günlük yolu bir gündə gedib çatdı bir cəzirə
nin kənarına (31, 328).
1.35. Bir aylıq yolu iki günə gəlib Rum vilayətinə çatdılar
(32, 349)
1.36. Bu minvalla otuz doqquz gün, otuz doqquz gecə yol
getdilər (33, 256).
1.37. Bəli, bunlar yola düşüb, mənzilbəmənzil, teyyi-mə-
nazil, gedib Q af dağına çıxdılar (39, 55).
1.38. Çəkib çarığın dabanın, qırıb yerin damarın dərələr
dən yel kimi, badeyi- sərsər kimi, acı biyanlıq, çox-çox qamış
lıq, günə bir mənzil, teyyi-mənazil, gecəni gündüzə qatıb gündü
zü gecəyə... (36, 39).
1.39. Günə bir mənzil, təyyi-mənazil, gecəni günə qatdı,
günü gecəyə, üç ay tamam at sürdü, üç ayın tamamında gəlib bir
qalaçaya çatdı (31,95).
1.40. Az gedib çox dayandı, çox gedib az dayandı, nağıl
larda mənzil olmaz, neçə müddət yol gedib, neçə mənzil gedib
axırda gəlib çatdı Urum torpağına (31,215).
Dostları ilə paylaş: |