Kişi qəhrəmanların simasını təsvir edən formullar
1.15.
İçəri girib gördü ki, bir oğlanı zindana salıblar ki, misli
bərabəri nə insdə, nə cinsdə, nə mələkdə var... Allah-taala bunu
xoş gündə, xoş saatda xəlq edib. İşıq da bunun üzünün işığı ki,
hər tərəfə düşüb, elə bil gündü, şəfəqini dünyaya salıb (33,91).
170
1.16. Gördü, bunların içində bir oğlan var, yemə, içmə, gecə,
gündüz bunun xətt-xalına, gül camalına tamaşa elə. Baxıb gördü
ki, doğrudan da bir oğlandı, dünyalar malına dəyər (32,22).
1.17. Başını qaldırıb gördü ki, nə, elə gözəl oğlandı ki,
adam gözünü ondan çəkmək istəmir. Bığ yeri bənəfşə kimi yeni
cə baş qaldırıb (33, 297).
1.18. O bir oğlan olmuşdu ki, daha yemə, içmə xətti-xalına,
gül camalına tamaşa elə! Gözəllikdə misl-Yusif, qüvvətdə, bi
ləkdə də misl-Rüstəm bir oğlan olmuşdu... (31, 290).
1.19. Gördü vallah bir oğlan uzanıb zınldayır, deyirsən Yu-
sifdi qəbirdən çıxıb. Bığları bənəfşə kimi təzə dit verir. Qaşları
kaman kimi, üz ay kimi. İki yanaqlar solmuş qızıl gülə bənzəyir
(32, 225).
1.20. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan
onun əlinə su tökə bilməzdi (31, 94).
Dostları ilə paylaş: |