4. Magik formullar
4.1. Bu almanı görəndə o saat başa düşdü ki, bu almada b ir
sirr var. Xudavəndi-aləmin qüdrətindən deyir, yaxa qurtarsa,
təbib qarşı gələr öz-özünə (74, 139)
4.2. Üzük, Həzrət Süleyman eşqinə səndən bir imarət istə
yirəm bir kərpici qızıldan, bir kərpici gümüşdən. Özü də o qədər
hündür olsun ki, başı buluddan binəsi də yerdən nəm çəksin (84,
81).
4.3. Xalça, Həzrət Süleyman eşqinə bizi apar öz qızıl kər-
picli evimizə - deyir, arzusu yerinə yetir (84, 96).
4.4. De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynə-
di? (31, 132).
182
4.5. O devlər gedəndə bir lov oxuyurlar, qapılar açılır, çıxır
lar bağçadan çölə (32, 40).
4.6. Elə ki, o getdi, oğlan durdu ayağa, atın tükünü çıxardıb
tutuzdurdu. At hazır oldu.. .(36, 281).
4.7. Qız bir sehr-cadu oxuyub Məlik Məmmədi bir süpürgə
etdi, qoydu bir divarın küncünə (62, 11).
4.8. Qorxma ağacda almalar dil açıb deyəcəklər ki: “məni
dərdilər”, səs gələcək: “kim dərdi”. Deyəcək ki, “ağac”, ağac
ağacı dərməz. Bu kimi sözlər eşidəcəksən, qulaq asma, çıx gəl!
İbrahim tilsimi oxuyub oldu quş, qanad çalıb qalxdı göyə, gəlib
çatdı həmən yerə (31,91).
Dostları ilə paylaş: |